25-07-2019 [21:28]
2018-ci ilin oktyabr-noyabr ayları ərzində Azərbaycanda idman mərc oyunlarının yeganə qanuni ünvanı adlandırılan "Topaz”-da belə demək mümkünsə, əl dəyişikliyi oldu.
Azərbaycanın idman mərc oyunlarının təşkilinə nəzarət edən "Turkcell” şirkəti "Azerinteltek”dəki payını satışa çıxardı və yayılan məlumata görə, "Topaz” "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun nəzarətinə keçdi.
"Topaz”da dəyişiklik necə baş tutdu?
"Topaz” əl dəyişəndən sonra şirkətlə bağlı xeyli narazılıqlar yaranıb. Bu barədə bir qədər sonra. Əvvəlcə Cavid Qurbanovun adının "Topaz”la necə hallandığına baxaq.
"Topaz”-da lap yuxarı səviyyədə dəyişikliyə start veriləndə, Azərbaycan mətbuatı Türkiyə mətbuatına istinadən bu məsələyə diqqət ayırmış, Cavid Qurbanovun Azərbaycanın baş dəmiryolçusu olmaqla yanaşı, baş "qumarbaz”ına çevrildiyinin xəbərini vermişdi.
Yayılan məlumatlar arasında o da deyilirdi ki, "Topaz”ın səhmlərinin 51 faizi "Turkcell” şirkətinə, 24,5 "Baltech Investment LLC” şirkətinə, qalan 24,5 faizi isə "Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub.
"Turkcell” öz payını satışa çıxardıqdan sonra "Topaz”ın 51 faizlik səhmi məhz "Baltech Investment LLC”-yə keçib.

51 faizlik səhm üçün 19,5 milyon avro ödəyən "Baltech Investment LLC” əslində ilk olaraq Türkiyədə qurulub. Türkiyənin Kommersiya Qurumlarının Dövlət Reysterində Vüsal Yusif oğlu Aslanovun adı hallanır. Bu şəxs Azərbaycan Respublikası Prezidentinin 20.07.2016-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları” QSC-nin Sədr müavini vəzifəsinə təyin edilib. Sonradan həmin şirkətin Azərbaycan qolu yaradılıb. Şirkətin məlumatında deyilir ki, "Baltech Grup” fərqli iş sahələrində Türkiyə və Azərbaycanda fəaliyyət göstərən bir şirkətlər toplusudur.
Vüsal Aslanovun Cavid Qurbanovun adamı kimi tanınması "Topaz”ın da məhz baş dəmiryolçuya məxsusluğuna əsas yaradır.
Köhnə məntəqələr bağlanılır, yeniləri üçün alver gedir
Azərbaycanda az qala bütün sahələrdə yazılmamış bir qayda var: yeni rəhbərlik gəlirsə, köhnə işçilərin hamısı əşyalarını toplayıb, hər an getməyə hazır olmalıdır. "Topaz” agentlərinin məlumatına görə, dəmiryolçular nəzarəti ələ keçirəndən sonra təkcə şirkətdə çalışanlara yox, "Topaz” məntəqələrinə də hücuma keçib. Elə narazılığın yaranmasının səbəbi də budur. Əvvəlki rəhbərliyin dövründə pul qoyub, "Topaz” məntəqəsi açanlar indi zorla işindən uzaqlaşdırılır, onlara heç bir açıqlama verilmədən məntəqələri bağlanılır.
Məsələn, elə ötən ay Bakının Yasamal və Binəqədi rayonlarında "Topaz” məntəqələrinin fəaliyyətinin dayandırıldığı haqda xəbər yayıldı. Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 19 b ünvanında yerləşən obyektin sahibi Nicat Məmmədli "Minval.az” saytına bildirib ki, "Azərinteltek” QSC-nın məsul şəxsləri heç bir səbəb gətirmədən ona məxsus "Topaz”ın fəaliyyətini dayandırıblar:
"Bizə əlavə heç bir məlumat verilmədi. Sadəcə, terminalı bağladılar və getdilər. Bunun səbəbini soruşsaq da, nəticəsiz qaldı. 54 min manat xərc çəkmişəm. Onlardan heç olmasa, 40 min manat kompensasiya istəyirəm. Obyekti bağlayım, başqa iş görüm. Burada 4 nəfərik, evimizə çörək pulu aparırıq. 7 ildir "Topaz” işlədirəm, heç bir problem olmayıb. Xəbərdarlıq etmədən, birinci, Yasamal rayonundakını bağladılar, sonra isə buranı. Belə özbaşınalıq olmaz axı, dağın başı deyil. Kirayədə qalıram, körpə uşağım var. Heç olmasa, bura çəkdiyim xərci ödəsinlər. Nə tələb ediblər, qanuna uyğun yerinə yetirmişəm. Məntəqə üçün xeyli əşya, aparat almışam. Müqaviləyə əsasən, ödənişlər həyata keçirilib. Nə zaman məntəqə bağlanarsa, pullar geri qaytarılmalıdır. 5 min manata terminal almışam, həm də eyni məbləğə balansa pul qoymuşam. Bizim obyekt bağlanmamışdan öncə, yeni "Topaz” açıldı sonra bizim məntəqə qapadıldı”.
"Azərinteltek” QSC-nın məsul şəxsi Cavidan Məcidov isə məsələ ilə bağlı açıqlamasında bunları deyib: "Biz qarşılıqlı müqavilə bağlayırıq və bu sənəd qanunvericiliklə tənzimlənir. Burada qeyd olunan 30.12.3-cü bəndimizə əsasən, hansısa məntəqənin fəaliyyətinə heç bir səbəb gətirilmədən xitam vermək hüqumuz var. Belə ki, məntəqənin fəaliyyətindən gözlədiyimiz nəticəni əldə etmədiyimiz üçün bu addım atılır. Hər bir agentimizlə müqavilə qarşılıqlı razılaşma ilə imzalanır. Xitamın arxasında həmçinin tamam başqa məsələlər də var. Bunu sizə deyə bilmərəm, hüquq-mühafizə orqanları həmin məsələ ilə məşğul olacaqlar”.
Adlarının açıqlanmasını istəməyən agentlər isə Meydan TV-yə deyirlər ki, Cavid Qurbanovun "Topaz”ı nəzarəti tapşırdığı şəxslər 7-8 il əvvəl özünə məntəqə açmış adamlara hücum edir, onların terminallarını zorla qapadır və əvəzində yenisini açırlar. Açılan hər yeni "Topaz” məntəqəsi isə pul deməkdir. Məntəqə açmaq istəyən şəxs bunun üçün pul ödəyir (bu da çox vaxt təbii ki, qanuni yolla olmur), həmin pullar isə Qurbanovun dəstəsinin cibinə gedir.
Mətbuatla əməkdaşlığı da dayandırıblar
"Topaz”a türkiyəli iş adamlarının nəzarəti dövründə Azərbaycan mətbuatı, xüsusilə də, idman mətbuatı ilə əməkdaşlıq var idi. Özü də bu əməkdaşlıq uzun illər idi ki, davam edirdi. "Topaz” əmsalları idman saytlarında yayımlanır, bunun qarşılığında media qurumlarına müəyyən məbləğ ödənilirdi. İdman saytlarından birinin rəhbərinin verdiyi məlumata görə, Cavid Qurbanovun dəstəsi "Azerinteltek”i ələ keçirəndən sonra atdıqları ilk addımlardan biri də məhz mətbuatla əməkdaşlığa xitam vermək olub. Həm də, "Topaz” məntəqələrini bağladıqları kimi – heç bir açıqlama, izahat vermədən.
Narazı "Topaz”çıların Meydan TV-yə verdiyi məlumata görə, işin Vüsal Aslanova həvalə edilməsinin başqa səbəbi də var:
"Vüsal Aslanov bu işləri daha yaxşı bilir. Vaxtilə "Azərinteltek” QSC-nin İdarə Heyətinin üzvü olub. Ona görə də Cavid Qurbanov onu mərc oyunlarına cavabdeh təyin edib”.
38 yaşlı Vüsal Aslanov 2010-2014 illərdə mərc oyunlarına nəzarət edən "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü kimi fəaliyyət göstərib. Onun hər gün bir neçə dəfə "Azərinteltek” QSC-nin baş ofisinə gələrək, işlərin hansı vəziyyətdə olduğunu yoxladığı deyilir.
"Topaz”ın maliyyə məsələlərində Vüsal Aslanovun yardımçısı isə "Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulovadır. Vəsilə Abulovanın həm də "Azərreyl” Voleybol Klubunun baş mühasibi olduğu bildirilir.

Vüsal Aslanovla Vəsilə Abdulovanın məsələyə münasibətini öyrənmək mümkün olmayıb. "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən də münasibət açıqlanmayıb. Amma qurumun mətbuat xidmətinin açıqlaması əsasında "Hürriyyət” qəzeti təkzib verib.
Mətbuat xidməti "Baltech Investment LLC”nin Cavid Qurbanova aidiyyatı olmadığını bildirir.
"Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib/https://www.aztoday.az/news/45423.html
Yeri gəlmişkən, Cavid Qurbanov və onun digər müavinlərinin az əvvəl Avropadakı biznes şəbəkəsi haqda sensasion sənədli məlumatlar yayılmışdı. Lakin sonradan hansısa "sehirli əl" bu məlumatları saytlardan yoxa çıxardı.
Mia.az olaraq, həmin sənədlərlə bağlı yaxın günlərdə ətraflı araşdırmamızı təqdim edəcəyik.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi