25-06-2019 [15:49]
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 25-də dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac reallaşdırılıb.
Komitədən Mia.az-a bildirilib ki, vətəndaşların fəallığı budəfəki hərracda rəqabətli mühiti təmin edib. Belə ki, 29 dövlət əmlakı üzrə ümumilikdə 71 sifariş verilib, 16 vətəndaş isə hərracda iştirak üçün sifarişini onlayn formada edib. Hərraca 1994-2010-cu illərdə buraxılmış "Nissan”, "Fiat”, "Volkswagen” və digər markallı avtomobillər çıxarılıb. Onlardan 18-i rəqabətli hərracda özəlləşdirilib.
Ən yüksək rəqabət buraxılış tarixi 2008-ci il olan Toyota Corolla markalı nəqliyyat vasitəsinin hərracında müşahidə olunub. Bu avtomobilə sahib olmaq istəyən 8 nəfərin aktiv iştirakı ilə ilkin qiyməti 6 min manat olan dövlət əmlakı 9 min 300 manata alıcı tapıb.
Komitə tərəfindən növbəti hərrac iyulun 2-də keçiriləcək. Özəlləşməyə çıxarılan 85 dövlət əmlakından 19-u səhmdar cəmiyyət, 37-si kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsi, 1-i isə yarımçıq tikilidir.
Hərraclara çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifarişçi statusu qazanmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilərlər.
Şəfaflığı və əlçatanlığı təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərracları canlı izləmək imkanı yaradılıb. Komitənin sosial şəbəkə səhifələri və digər internet resurslarından keçid etməklə açıq hərracları qeydiyyatsız izləmək mümkündür. Burada hərraca çıxarılmış lotun adı, start və cari qiyməti, eləcə də təkliflərin irəli sürülməsi canlı nümayiş olunur.
Eyni zamanda, Elektron hərrac sistemi ilə dövlət əmlaklarının sifarişçilərinə rahat iştirak imkanları təklif edilir. Hərrac keçirildiyi gün iştirakçı statusu olanlar prosesə canlı formada qatılaraq seçdiyi dövlət əmlakını özəlləşdirə bilər. Bunun üçün iştirakçı komitənin Elektron Xidmətlər Potalından (e-emdk.gov.az) Elektron hərrac bölməsini seçərək onlayn özəlləşdirməyə qoşulmalıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi