03-06-2019 [16:41]
Azərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qqafqaz ölkələri üzrə sabiq regional direktoru Mersi Tembon və yeni regional direktoru Sebastian Molineus ilə Mərkəzi Bankın sədri Elman Rüstəmov arasında görüş keçirilib.
Mia.az Mərkəzi Banka istinadla bildirir ki, görüşdə xanım M.Tembon regional direktor vəzifəsində çalışdığı zaman DB tərəfindən Azərbaycanda görülmuş işlər barədə məlumat verdi. Sonra DB-nin Cənubi Qafqaz ölkələri üzrə yeni regional direktorunu təqdim edərək onun DB-nin fəaliyyətinin müxtəlif istiqamətlərində geniş tərcübəyə malik olduğunu qeyd edib.
Öz növbəsində sədr E.Rüstəmov Dünya Bankının ölkəmizlə 25 ildən çox olan əməkdaşlığı dövründə inkişafın bütün istiqamətlərində Dünya Bankından Azərbaycana göstərilmiş hərtərəfli maliyyə, təşkilati, texniki və intellektual dəstəyin əhəmiyyətini qeyd etdi. E.Rüstəmov bu istiqamətdə xanım Tembonun DB-nin Cənubi Qafqaz ölkələri üzrə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi fəaliyyəti də yüksək qiymətləndirib.
E.Rüstəmov yeni regional direktor cənab Molineusa Azərbaycanda həyata keçirəcək fəaliyyətində uğurlar arzuladı. O, ölkədəki makroiqtisadi vəziyyət, iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafı, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul və məzənnə siyasəti məsələləri və bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verdi. Həmçinin, E.Rüstəmov qlobal və regional iqtisadi çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına əminliyini ifadə edib.
Nümayəndə heyətinin rəhbəri xanım Tembon son illərdə Azərbaycan hökuməti tərəfindən dayanıqlı iqtisadi artımın təmin olunmasında özəl sektorun iştirakının genişləndirilməsi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm səylərin göstərildiyini qeyd edib. O, DB-nin Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasına, həmçinin keçirdiyi tədbirlərə göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirib. Eyni zamanda əminliyini bildirib ki, yeni regional direktor cənab Molineus ilə də faydalı əməkdaşlıq həyata keçiriləcək.
Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi