Moskva vilayətində azərbaycanlı kartofa görə güllələnib

img

15-04-2019 [11:05]


Rusiyanın Moskva vilayətinin Leninski rayonunda azərbaycanlıların iştirakı ilə atışma baş verib.

"Report" xəbər verir ki, bu barədə "Moskovski Komsomolets" nəşri məlumat verir.

İnsident nəticəsində 32 yaşlı azərbaycanlı xəstəxanaya gedərkən yolda ölüb. Onu xəstəxanaya başından güllə sıyrığı yarası alan yoldaşı çatdırıb.

Hadisəyə 15 tonluq çürük kartof səbəb olub. Belə ki, tacirlər öz həmvətənlərindən aldıqları kartofun keyfiyyətsiz olduğunu müəyyənləşdirdikdən sonra çürük məhsula görə ödədikləri pulu geri almağa çalışıblar.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "Qətl törətmək", "İki və ya daha çox insanı öldürməyə cəhd", "Odlu silahın qanunsuz alınması, ötürülməsi, satışı, saxlanması, daşınması" maddələri üzrə cinayət işi açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA