"Səyyadın canı üçün "qırmızı" böhtandır, maşın "üçüncü əl"dir" - Deputat hirsləndi

img

02-04-2026 [16:01]


Sosial şəbəkələrdə və bir sıra media resurslarında millət vəkili Səyyad Aranın nəvəsinin lüks avtomobil kolleksiyasının olduğu ilə bağlı iddialar səsləndirilir.

Mia.az xəbər verir ki, manset.az məsələni dəqiqləşdirmək üçün millət vəkili Səyyad Aranla əlaqə saxlayıb.

O, yazılanların "ağ yalan" olduğunu bildirib:

"Bunu şərəfsizlər uydurur. Mən çıxışımda bir söz demişəm deyə, düşüblər mənim üstümə. Yalan sözdür, nə kolleksiya? Nəvəmin elə lüks kolleksiyası olsaydı, mənim şəxsi avtomobilim olardı. Bu nə gülünc sözdür, bu nə iftiradır? Nəvəmin bir maşını var, heç onun da 20 min manat qiyməti yoxdur. O, "üçüncü əldən" alınmış maşındır. Mənim nəvəmdi deyə maşını olmalı deyil? Şişirdib yazırlar ki, onun neçə yüz manatlıq avtomobilləri var".

Səyyad Aran bildirib ki, onun sözləri təhrif olunub və ortaya atılan iddialar həqiqəti əks etdirmir:

"Mən nə etmişəm? Orta məktəbdə müəllimlərimizin dediyi söz demişəm ki, yaxşı oxuyun, nailiyyətlər əldə edin və yüksək vəzifələrdə işləyin, yüksək də maaş alın. Bu nə sözdür ki, buna görə çoxu mənim haqqımda yalan məlumatlar yayır. Neçə-neçə insan kimlərəsə deyə bilmədiyi sözü mənə ismarıc kimi göndərir. Bunlar hamısı düşməncəsinə və kampaniya xarakteri daşıyan proseslərdir. Mən şadam ki, minlərlə insana hirsini, hikkəsini soyutmaq üçün bir vasitə oldum. Səyyadın canına and olsun, bu yazılanlar "qırmızı" böhtandır. Hələ mən bilmirəm ki, o maşın mənim nəvəmindir yoxsa dostunundur. Heç maraqlanmıram da..." - deyə millət vəkili əlavə edib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA