Abşeronda əxlaqsızlıq yuvası təşkil edən qardaşlar saxlanılıb

img

28-02-2019 [14:33]


Abşeron rayonunda əxlaqsızlıq yuvası təşkil edən qardaşlar saxlanılıblar.

Mia.az DİN-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən Abşeron rayonunda yerləşən "Pəhləvan" kafesində əməliyyat keçirilib.

Nəticədə həmin kafeni işlədən Qabil Ramazanov, qardaşı Habil Ramazanov və Yalçın Əzimov həmin obyektdə əxlaqsızlıq yuvası təşkil etdiklərinə görə saxlanılıblar.

Hər üç şəxs barəsində cinayət işi başlanılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA