Yardımlıda itlərini dalaşdıranlar özləri əlbəyaxa oldular

img

24-02-2019 [00:02]


Yardımlıda Şovud və Ləzran kəndləri arasındakı Abudərə adlı ərazidə bir qrup şəxs arasında kütləvi dava baş verib.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, itləri döyüşdürmək üçün bir araya gələn rayon sakinləri arasında bir müddət sonra münaqişə baş verib. Münaqişə zamanı üç nəfər bıçaqlanıb. Onlardan ikisi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, biri isə Yardımlı xəstəxanasına aparılıb. Lakin sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

Ölən Yardımlının Ləzran kənd sakini Bəhruz adlı şəxsdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA