Yasamalda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

img

22-02-2019 [11:20]


Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və 27-ci Polis Bölməsi əməkdaşları narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, əməliyyat zamanı Yasamal rayon sakini Çingiz Hacıyev saxlanılaraq istintaqa təqdim edilib.

Onun Yasamal rayonu ərazisində yerləşən mənzilinə baxış zamanı ümümi çəkisi 1 kiloqram 790 qram olan narkotik vasitə heroin aşkar edilərək götüülüb. Evdən əlavə olaraq satış üçün nəzərdə tutulan 5 büküm narkotik vasitə olan heroin aşkar edilib.Saxlanılan şəxs narkotik vasitəni satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən aldığını bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA