Azərbaycan sərhədini pozan 5 əcnəbi saxlanıldı - DSX açıqlama yaydı + FOTO

img

21-02-2019 [16:20]


Dövlət Sərhəd Xidməti (DSX) 5 nə­fər Şri-Lanka vətəndaşının Azərbaycanın dövlət sərhədini pozmasının qar­şısını alıb. 

DSX Mətbuat Mərkəzindən Mia.az-a verilən məlumata görə, fevralın 17-də xid­mətin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycandan İrana keçmə­yə cəhd edərkən Şri-Lanka vətəndaşları 1991-ci il təvəllüdlü Micheal Fernando Romos, 1995-ci il təvəllüdlü Senrobert Ronik­san, 1992-ci il təvəllüdlü Navaratnam Kajamugan, 1994-cü il tə­vəl­­lüdlü Anton Mariyadas Pilipraj və 1995-ci il təvəllüdlü Penad Mo­hanraj Mathusan sərhəd pozucusu qismində saxlanılıb. 

Saxlanılan şəxslərin 2018-ci ilin dekabrın 16-da rəsmi qay­dada Birləşmiş Ərəb Əmirliklərindən Sarja-Bakı reysi ilə Azərbay­canagəlmələri müəyyən olunub. Araşdırma zamanı Şri-Lanka vətəndaşları dövlət sərhədini pozaraq İran İs­lam Respub­likasına, oradan isə Türkiyəyə keçmək niyyətində olduqlarını bildiriblər. 

Sərhəd pozucuları barəsində cinayət işi başlanılıb və barə­lərində həbs qətimkan tədbiri seçilib.Cinayət işi üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA