Zabratda köçkünlərin məskunlaşdığı 4 ev yandı

img

20-02-2019 [09:09]


Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində birmərtəbəli fərdi yaşayış evində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata görə, bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə (məcburi köçkünlərin məskunlaşdığı) yanğın baş verib.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğın məhdudlaşdırılıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA