Sumqayıtda polis əməliyyatı - Oğurluq edən şəxslər saxlanıldı

img

09-02-2019 [14:17]


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıtda ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-nin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 1 mağazadan 621 manat, 1 gözəllik salonundan 54 manat, 1 evdən qızıl əşyalar və 1 avtomobildən 35 manat oğurlamaqda şübhəli bilinən, şəhər sakini X.Məmmədli saxlanılıb:

"Onun əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.

1-ci Polis Bölməsi əməkdaşalrının həyata keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində 1 avtomobildən 17 manat pul və tütün məmulatı, ayrı-ayrı 3 vətəndaşın isə mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Həmin şəxsin F.Rzayev olması müəyyən edilib.

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin əməkdaşları isə şəhər ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxsi avtomobillə birgə saxlayıblar. "VAZ-2106” markalı avtomobili qaçıran şəxsin şəhər sakini, əvvəllər də oğurluq etdiyinə görə tutulmuş M.Zəkiyev olması müəyyən edilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA