Sərnişin aftobusu yüksək sürətlə TIR-a çırpıldı, 4 nəfər xəsarət aldı - DYP-dən açıqlama

img

07-02-2019 [16:17]


Xəbər veridiyi kimi, bu gün Abşeron rayonunda sərnişin avtobusu qəza törədib.

Hadisə Atyalı adlanan qəsəbəsində baş verib. 99-KU-551 dövlət qeydiyyat nömrəli sərnişin avtobusu yüksək sürətlə yol kənarında dayanan yük avtomobilinı çırpılıb. İlkin məlumatlara görə, avtobusun əyləc sistemi tutmayıb, idarəetməni itirərək TIR-a çırpılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev Avtosfer.az-a bildirib ki bu gün səhər saat 09:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi ərazisində 551 saylı marşrut xətti üzrə hərəkətdə olan "SAZ-NP37” markalı, 99-KU-551 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü idarəetməni itirərək yoldan çıxıb və yol kənarında dayanmış "DAF” markalı yük avtomobilinə dəyib: "Qəzada xəsarət almış sürücü və üç nəfər sərnişin xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA