Şəkidə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

img

22-01-2019 [18:46]


Şəki rayonunda yol qəzası baş verib.

Mia.az "Report”a istinadən bildirir ki, "QAZ-24” və "VAZ-21061” markalı minik avtomobilləri toqquşub. 

Nəticədə "VAZ-21061” markalı avtomobildə olan rayonun Kiçik Dəhnə kənd sakinləri - 1994-cü il təvəllüdlü Nicat Rasim oğlu Rəşidov, 1997-ci il təvəllüdlü Naib Nail oğlu Tahirov və 1996-cı il təvəllüdlü Novruz Bayram oğlu Yunusov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralılardan N.Tahirova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi Reanimasiya şöbəsində aparılır. R.Rəşidov sağ ayağının bud sümüyünün sınığı xəsarəti ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. N.Yunusovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA