“Təmiz Şəhər” ASC-nin ərazisindən silah tapıldı - Polis əməliyyatı

img

08-01-2019 [11:52]


Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. 

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Balaxanı qəsəbəsi ərazisində yerləşən "Təmiz Şəhər” ASC-nin ərazisindən 1 ədəd pnevmatik tapança, 1 ədəd patron darağı, 1 ədəd alışqansız "F-1” qumbarası və 55 ədəd patron tapılaraq götürülüb: "Aparılan profilaktiki tədbirlər nəticəsində Sabirabad rayonunun Əliləmbəyli kənd sakini A.Mirzəyev və Balahəşimxanlı kənd sakini R.Əliyev 2 ədəd "İJ” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil veriblər.

Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Füzuli rayon sakinləri olan 5 nəfərdən "TOZ”, "İJ” və "MR” markalı 5 ədəd ov tüfəngi götürülüb".

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA