28-12-2018 [15:37]
Seymur VERDİZADƏ
Moderator.az
****
Üç il əvvəl Türkiyədə olanda Qarsda fəaliyyət göstərən Qafqaz Universitetinin rektoru azərbaycanlı jurnalistlərlə görüş zamanı belə demişdi: "Azərbaycanlı tələbələrimiz yaxşı oxumurlar. Üstəlik, auditoriyada şuluqluq salır, dərs prosesini pozurlar”.
Həmin vaxt yadıma Qəbələdə yaşayan müəllim dostumun tez-tez təkrarladığı bu sözlər düşmüşdü: "Bizim uşaqların hamısı ali təhsil alır. Az-çox savadı olanlar Bakıda, adını yaza bilməyənlər isə Türkiyədə oxuyurlar”.
Jurnalist marağı güc gəldiyi üçün rektordan xarici tələbələri universitetə hansı şərtlərlə qəbul etdiklərini soruşmuşdum. Cavabı belə olmuşdu: "Attestatları olsa, yetər”.
Qısa sorğu-sualdan sonra belə məlum olmuşdu ki, TQDK-nın keçirdiyi imtahanlardan 37 bal toplayan həmyerlimiz Türkiyədə inşaat mühəndisliyi ixtisası üzrə təhsil alır. Ən böyük arzusu vətənə qayıdıb, 32 mərtəbəli binalar inşa etməkdir…
Biz Qarsda olanda binaların üstündə tez-tez bu məzmunda elanlara rast gəlirdik: "Azərbaycanlı tələbələrə kirayə ev verilmir”.
Sakinlər bunun səbəbini belə izah edirdilər: "Azərbaycanlı tələbələr heç vaxt kirayə haqqı ödəmirlər”.
Türkiyənin nüfuzlu universitetlərindən birində çalışan professor dostum danışırdı: "Bir gün xəbər aldıq ki, Uşak şəhərində yerli əhali azərbaycanlı tələbələrin əleyhinə aksiya keçirir. Bir neçə ağsaqqalla tez-tələsik hadisə yerinə getdik. Bir kişi dedi ki, evində kirayədə qalan azərbaycanlı tələbələr ona 9 min lirə borcludurlar. Onu sakitləşdirmək üçün dedik ki, narahat olma, valideynlərinə yazarıq, pulunuzu göndərərlər. Kişinin reaksiyası belə oldu: "Pulunuz başınıza dəysin. Uşaqlara deyin, satdıqları televizoru alıb yerinə qoysunlar””.
Üç ay əvvəl Trabzon avtovağzalında əslən Şəkidən olan cavan bir oğlanla tanış olmuşdum. Söhbət əsnasında demişdi ki, Türkiyənin Şərq vilayətində bir o qədər də tanınmayan universitetlərin birində əvvəl bakalavr, sonra isə magistr təhsili alıb. Dediyinə görə, dərsləri çətin olmadığı üçün yaz və yay aylarında çobanlıq edirmiş. Təəccüblə ona baxdığımı görəndə, belə demişdi: "Aldığım maaş inflyasiyadan sonra qəpik-quruş oldu. Buna görə də çobanlığın daşını atıb, Azərbaycana qayıdıram…”
Bu hadisəni isə mənə övladı Türkiyədə təhsil alan bir taksi sürücüsü danışıb: ”Oğlumun oxuduğu universitetin rektorundan ildə iki dəfə məktub alırdım. Rektor uşağın əla qiymətlərlə oxuduğunu yazır, belə tərbiyəli övlad böyütdüyü üçün mənə təşəkkür edirdi. Beş il sonra bildim ki, məktubların hamısı saxtaymış, məndən pul qoparmaq üçün onları oğlum özü göndərirmiş”.
Əlavə izahata ehtiyac varsa, bunu da yazım: Azərbaycanda uğur qazana bilməyən gənclər attestatlarını qoltuqlarına vurub, üz tuturlar Türkiyənin ikinci dərəcəli universitetlərinə. Amma elementar bilikləri olmadığı üçün universitet təhsilini başa vura bilmirlər. Az-çox tərbiyəsi olanlar zavodda, fabrikdə işləyir, qoyun otarır, meşədə odun toplayıb birtəhər dolanırlar. Yaxşı ailə tərbiyəsi almayanlar isə dələduzluq edir, kirayə haqqını ödəmir, evdəki əşyaları satır, əyri yollara düşür, hətta cinayətkar qruplaşmalara qoşulurlar.
On gün əvvəl Türkiyədə olarkən bu ölkədə pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı müəllimlərlə də bu barədə ətraflı danışmışdıq. Hesab edirəm ki, həyəcan təbili çalmağın vaxtıdır. Hətta gecikmişik…
Təhsil Nazirliyi ilə Türkiyənin Yüksək Öyrənim Kurulu (YÖK) arasında əldə edilmiş razılığa uyğun olaraq, bu ildən azərbaycanlı gənclərin attestatla Türkiyə universitetlərinə qəbuluna məhdudiyyət tətbiq olunacaq.
Bu, çox vacib qərardır. Amma daha vacib olanı cəmiyyəti kütləvi şəkildə təhsil almaq bəlasından xilas etməkdir. Kimin savadı, intellekti varsa, o da universitet oxusun. Adını yaza bilməyənlər isə bacardıqları işin qulpundan yapışsınlar. Axı bu ölkəyə müəllimlə, həkimlə yanaşı, həm də çoban lazımdır. Qoyun otarmaq üçün hansısa ucqar universitetin diplomuna ehtiyac yoxdur…
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb