“Öldürülən iş adamı Fərhad Vahabovla qohum deyil” - Baş Prokurorluq

img

22-12-2018 [22:34]


Baş Prokurorluq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşının qətlə yetirilməsi ilə bağlı bəzi iddialara münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Bakının Xətai rayonunda qətlə yetirilən ləğv edilmiş MTN-in sabiq əməkdaşı Fariz Vahabovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq Aparat rəhbəri Fərhad Vahabovla hər hansı qohumluq əlaqəsi yoxdur.

E.Sultanov həmçinin bildirib ki, bununla bağlı bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, dekabrın 20-də naməlum şəxs iş adamı Fariz Vahabova yaşadığı evin həyətində bir neçə dəfə atəş açıb. O, hadisə yerindəcə ölüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin kimliyini müəyyənləşdirirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA