Bakı sakini qadın kəndirlə boğularaq qətlə yetirilib - İsmayıllıda

img

22-12-2018 [13:44]


 Bakı sakini olan 65 yaşlı qadın İsmayıllıda qətlə yetirilib.

"Report”un məlumatına görə, rayonun Gərabəyli kəndində Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Əzizə Axundovanın meyiti onun həmin kənddə yerləşən evinin həyətində tapılıb.

Müayinə zamanı qadının kəndirlə boğularaq və baş nahiyyəsinə küt alətlə vurulması nəticəsində qətlə yetirildiyi məlum olub. Qətli törədən şəxs və ya şəxslər Ə.Axundovanın meyitini evin həyətində kol-kosun arasında gizlədiblər.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA