"İnterpol" xətti ilə axtarışda olmuş azərbaycanlı qadına şərti cəza verilib

img

18-12-2018 [16:39]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Amanə Əhmədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttiham aktına əsasən, A.Əhmədova Səbinə Məmmədovanı (adı və soyadı şərtidir) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb, cinsi istismara məruz qoyub.

Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib və həbs qətimkan tədbiri seçilib. A.Əhmədova "İnterpol" xətti ilə beynəlxalq axtarış verilib.

Bu il isə o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. A.Əhmədovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA