DSX və DTX Yardımlıda birgə əməliyyat keçirdi - Saxlanılanlar var + Təfərrüat

img

17-12-2018 [13:23]


 Dövlət Sərhəd Xidməti (DSX) sərhəd mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanun­suz dövriyyəsinə qarşı mübarizə istiqamətində təd­birləri davam etdirir. 

DSX-nin Mətbuat Mərkəzindən Mia.az-a verilən məlumata görə, "Astara” dövlət sərhədindən buraxılış məntə­qəsində İrandan Azər­bay­cana gələn İran vətən­daşı 2002-ci il təvəllüdlü Bargikani Naza Muham­medbakhirin üzərində 320 qram narkotik maddə olan "he­roin” aşkar olunaraq götürül­üb. 

Narkotik vasi­tə­nin sifarişçi­si­nin müəyyənləşdirilməsi və saxlanılaraq məsuliyyətə cəlb olun­ma­sı məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticə­sində Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Səfərov Ka­zım Ağəli oğlu və 1994-cü il təvəllüdlü Nəsirov Elyaz Taleh oğlu sax­lanılıb.

Bildirilib ki, "Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əhmədli kən­di ərazisindəki sərhəd zastavasının xidməti ərazisində İrandan Azər­bay­can istiqamətində dövlət sər­­hə­dini pozan 1976-cı il təvəl­lüdlü Bərdə rayon sakini Cəfərov Tələt Allahyar oğlu və 1977-ci il təvəllüdlü Ağcabədi rayon sakini Quliyev Namiq Allahverdi oğlu 2270 qram narkotik maddə olan "marixuana” ilə saxlanılıb. 

Məlumata görə, DSX və Dövlət Təhlükə­siz­liyi Xidmətinin birgə həyata keçirdikləri əməliy­yat-axtarış tədbirləri nəticə­sində Yardımlı rayonu ərazisində "Mer­se­des” markalı avtomobilə baxış keçirərkən salonda 1145 qram narko­tik maddə olan "heroin” aşkar olunaraq götürülüb. Avtomobildə olan Azərbaycan vətəndaşları Şəm­kir rayon sakini 1991-ci il təvəllüdlü Əlizadə Vüsal Yaşar oğlu, Mingəçevir şəhər sakini 1984-cü il təvəllüdlü Soltanov Elçin Mux­tar oğlu və Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Hüseyn Novruz oğlu saxlanılıb. 

Faktlar üzrə cinayət işləri başlanılıb, zəruri əmə­­liyyat-istintaq hərəkətləri həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA