10-12-2018 [12:35]
Şahin Cəfərli
***
Ermənistanda parlament seçkilərinin yekun nəticələri məlum oldu:
1. Paşinyanın "Mənim addımım" bloku - 70,43% (884 min 456 səs);
2. "Çiçəklənən Ermənistan" - 8,27% (103 min 824 səs);
3. "İşıqlı Ermənistan" - 6,37% (80 min 24 səs).
Yeni parlamentdə yalnız bu 3 siyasi qüvvə təmsil olunacaq. Çünki partiyalar üçün minimal baryer 5%, bloklar üçün isə 7%-dir.
Ermənistanın yeni Konstitusiyasında maraqlı müddəa var. Buna əsasən parlamentdə azı 3 siyasi qüvvə təmsil olunmalı və onlar yerlərin minimum üçdə birini (33%) tutmalıdır. (Təbii ki, topladıqları səslərə uyğun olaraq daha çox yer qazana bilərlər.) Yəni seçkilərin nəticələrinə əsasən parlamentə 2 siyasi qüvvə keçsə belə, 3-cü olmuş partiya (blok) topladığı səsin miqdarından asılı olmayaraq, qanunverici orqanda yer qazanır.
Nəticələr şübhəsiz ki, Nikol Paşinyanın triumfudur. Onun blokunun parlaq qələbəsindən əlavə, digər 2 siyasi partiya da inqilaba dəstək vermiş qüvvələrdir. "Çiçəklənən Ermənistan" oliqarx Qagik Tsarukyanın partiyasıdır və əldə etdiyi nəticə göstərir ki, bu siyasi qüvvənin yarandığı gündən bəri qazandığı uğurlar təsadüf və ya hansısa manipulyasiyaların nəticəsi deyilmiş. "İşıqlı Ermənistan" (Edmon Marukyan) isə Paşinyanın keçmiş silahdaşlarından ibarətdir və onlar inqilabın fəal iştirakçısı olublar.
Ermənilər əksinqilabçı qüvvələrə etimad göstərmədilər və seçkilərin əsas siyasi nəticəsi budur. Serj Sarkisyanın Respublika Partiyası 4,7% (59 min 59) səs alaraq, gözlənildiyi kimi, parlamentə keçə bilmədi. Sübut olundu ki, Qarabağ klanının siyasətdəki təmsilçisi olan bu partiyanın cəmiyyətdə dayaqları çox zəifdir və o arxasında dövlət gücü olmadan uğur qazana bilməz.
Digər önəmli nəticə aqressiv erməni millətçiliyinin qocaman təmsilçisi "Daşnaksutyun"un cəmi 3,89% (48 min 811) səs alaraq parlamentdən kənarda qalmasıdır. Daşnaklar uzun illərdir cinayətkar Koçaryan-Sarkisyan rejiminin əlaltısı, cib müxalifəti kimi fəaliyyət göstərirdi və xalq bunu onlara bağışlamadı.
Sonda qeyd edim ki, Paşinyanın erkən seçkilərin mümkün qədər tez keçirilməsinə nail olması çox ağıllı addım idi. Çünki vaxt ötdükcə, inqilabın eyforiyası bitəcək və obyektiv səbəblər (sosial-iqtisadi problemlər), eləcə də daxili və xarici basqıların artması səbəbindən Paşinyanın reytinqində eroziya başlayacaq, beləliklə, əksinqilabi revanş üçün münbit zəmin yaranacaqdı. Zatən dünənki seçkidə "Mənim addımım" bloku sentyabrda İrəvan meriyasına keçirilən seçkilərlə müqayisədə aşağı nəticə göstərdi və bu trend davam edəcəkdi. Nikol Paşinyan bunu anlayaraq bizdə Elçibəyin və komandasının 1992-ci ildə yol verdiyi ölümcül səhvi təkrarlamadı. O, artıq qarşıdakı 5 ildə istədiyi islahatları həyata keçirmək üçün güclü parlament dəstəyinə malikdir.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb