Əhəd Abıyev qəzaya düşdü? - İcra başçısından açıqlama

img

04-12-2018 [12:20]


Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşüb.

Mia.az saytı "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, içərisində Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də olduğu "Toyota" markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn "VAZ-21099" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

*** 

Ə.AbıyevModern.az-a açıqlamasında bu məlumatın yalan olduğunu bildirib: "Hazırda deputatla görüşdəyəm. Bu dəqiqə iclas gedir, camaatın qarşısında sizinlə danışıram. Onu kim yazıbsa, şou axtarır. Tamamilə yalan məlumatdır”.

Ə.Abıyev ümumiyyətlə, bu günlərdə hər hansı qəza olmadığını vurğulayıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA