04-11-2018 [23:57]
Rövşən Ağayev
İqtisadçı ekspert
***
Azərbaycan hökumətinin sərəncamında iri məbləğdə ehtiyatlar var. Neft Fondunun və Mərkəzi Bankın sahib olduğu 45 mlrd. dollara yaxın valyuta aktivlərini nəzərdə tuturam.
Amma 3-cü mənbə də var - Maliyyə Nazirliyinin sərəncamında olan və məbləği 1.2 mlrd. dollara yaxınlaşan ehtiyatlardan söhbət gedir.
Bu ehtiyatlar necə formalaşır?
"Büdcə sistemi haqqında" Qanuna əsasən cari maliyyə ilinin sonuna büdcənin xərclənməyən, xəzinə hesabında qalan vəsaitlər növbəti ilə keçmir, sərbəst qalıqların hamısı vahid xəzinə hesabına köçürülür.
Əgər büdcə kəsirini qapatmaq və ya normativ çərçivəsində müdafiə olunan xərc maddələrinin maliyyələşməsinə sərf edilmirsə, həmin vəsaitlərin tamamı vahid xəzinə hesabında ehtiyat kimi qalır. Bu ehtiyatların saxlanmasına və idarəetməsinə isə Maliyyə Nazirliyi səlahiyyətlidir.
Təəssüf ki, Neft Fondunun ehtiyatlarından fərqli olaraq dövlət büdcəsinin xəzinə qalıqları hesabına formalaşan ehtiyatların idarəçiliyi ilə bağlı hesabatlılıq çox məhduddur, Maliyyə Nazirliyinin saytında bu barədə ümumiyyətlə, məlumat yoxdur. Amma indi Hesablama Palatası ilk dəfə xeyli informasiya açıqlayıb.
Məlum olub ki, 2018-ci ilin ortalarına büdcə ehtiyatının məbləği 1.982 mlrd. manatdır. Onun 981 mln. manatı qanunvericiliyə uyğun olaraq saxlanmaq üçün Neft Fonduna, 19.8 mln. manatı isə "Beynəlxalq Bank"a verilib. 163 mln. manatı "Kapital Bank"da yerləşdirilib.
Amma qanunvericilikdə nəzərdə tutulmadığı halda il ərzində qaytarılmaq şərtilə Dövlət Neft Şirkətinə və "Dövlət Dəmiryolu"na ssuda kimi verilib.
Təsəvvür edirsiniz, dövlətin maliyyə resurslarının istifadəsinin qanunauyğunluğuna birbaşa səlahiyyətli olan Maliyyə Nazirliyi qanunda nəzərdə tutulmadığı halda, dövlət resurslarını dövlət şirkətlərinə borc verir.

Ümumiyyətlə hökumətin sərbəst maliyyə resurslarının (təkcə xəzinə qalığınıdan söhbət getmir) banklarda yerləşdirilməsində də ədalətli mexanizmlər olmalıdır. Yaxınlarda Rusiyada hökumətin sərbəst vəsaitlərinin kredit təşkilatlarında müsabiqə yolu ilə yerləşdirilməsi ilə bağlı qaydalar qəbul edildi. Bu tip qaydanın tətbiqinə bizdə də ehtiyac var.
Yeri gəlmişkən, son illər həcmi 1.5-2 mlrd. manatdan az olmayan xəzinə ehtiyatının istifadəyə verilməsindən dövlət büdcəsi ən yaxşı halda 3 -4 mln. manat gəlir əldə edib. Yəni gəlirlilik 0.2-0.3%.
Uzun illər Britaniya hökumətində üçün məsləhətçi kimi çalışmış Malqan "Dövlət strategiya sənəti" adlı əsərində yazır ki, Maliyyə Nazirliyi zəifdirsə və bu qurumun strateji yanaşması yoxdursa, bütövlükdə hökumətin strateji vizionun olması çətindir. Yəni açar qurumdur Maliyyə Nazirliyi...
Strateq.az
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb