20-10-2018 [00:10]
Zaur ƏHMƏD
Neçə gündür, özümə söz verirdim ki, bu barədə yazmayacam, amma alınmadı. Daha doğrusu, imkan vermədilər. Lazımi qədər dərin olan səbr kasamı doldurdular. Artıq susmaq mümkün deyil.
Məlum olduğu kimi, Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, itkin düşmüş, hərbi qulluqçuların varislərinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb. Elə həmin gündən əsəblərim tarıma çəkilib.
Birincisi, bu ödəmənin 25 il sonra, özü də, bu qədər söz-söhbətdən sonra verilməsi millət adına, dövlət adına utancvericidir. Başqa cür anlaşılmasın, mən hər zaman o fikirdəyəm ki, dövlət gərək, babalığını bilsin. Dövlət gərək, babalıq edəndə bunu əsl baba kimi etsin, tay durub... Nə isə...
Axı, niyə zamanında o pullar şəhid və itkin ailələrinə verilmirdi ki, indi də bu utancverici söz-söhbətlər ortaya çıxırdı? Əslində, daha ağır suallarım, ittihamlarım da var, amma yeri və zamanı deyil.
Xülasə... Artıq qərar verilib və proses başlayıb. Kaş ki, başlamayaydı. Mən, bir şəhid ailəsinin, Şəhid balasının, şəhid ata-anasının nə çəkdiyini görmüşəm. Onun ağırlığını öz həyatımda zərrəsinə qədər hiss eləmişəm. Atan ölər, yetim qalarsan, hardasa, nəyəsə görə əyilə bilərsən. Amma atan şəhid olubsa, buna ixtiyarın yoxdur. Bəlkə də yanılıram, amma uşaqlıqdan mən belə anlamışam, belə yaşamışam.
Doğrudur, ŞƏHİD AİLƏSİ, ŞƏHİD ÖVLADI olmaq şərəfdir, amma bu şərəfin arxasında bir insan həyatı, gerçəklik, çörək, paltar, ev, kitab-dəftər və sair də var. Heç kim səhər-axşam şərəf yeyə bilməz. Şərəf ruhu doyursa da, qarnı doyumur. Kimsə boğazdan yuxarı nəsə danışmasın, bu sətirlərimi oxuyub əksini iddia edənlərdən min dəfə şərəfli həyat yolum var. Onların hər birindən şərəfi çörəkdən üstün tutmuşam, tutacam da. Mən hələ 10 yaşımda Şəhid Əhmədin oğlu olduğuma görə mənə mərhəmət göstərilməsinə etiraz eləmişəm. Bu gün də mənə mərhəmətlə baxanları sevmirəm. Şəhidlik mərhəmətə deyil, qürura layiqdir.
Sözümün canı odur ki, kimlərsə şəhid ailələrini nədəsə ittiham eləməmişdən, öncə yaxşıca düşünsünlər.
Bu prosesdə bir şəhid ailəsi üzvü kimi məni üzən, içimdən qıran şeylər oldu. Birincisi, şəhid ailələrinin təmkinlərini pozaraq 11 min manata görə səs-küy qaldırmaları... İnkar eləmirəm, bu, onların haqqıdır. Bəlkə də o pula olan dəhşətli ehtiyac onları buna vadar edib. Kimsə deyə bilər ki, sizin ehtiyacınız yoxdur, deyə, belə danışırsan. Əsla...
Amma mənim o pula ehtiyacım 20-25 il öncə daha çox idi. O zaman ki, bir şəhid uşağı kimi yamaqlı şalvarda gəzirdim. Nə olsun? Keçdimi, keçdi. Zərrə qədər də bundan utanmıram. Yəni, söhbət pulda deyil. Bizim sahib olduğumuz dəyər - şəhid övladı adından üstün bu dünyada heç bir ad, heç bir rütbə, heç bir dəyər yoxdur. Nə olar, bu dəyəri ucuzlaşdırmayın!
Deyirlər, bütün şəhidlər qardaşdırlar. Deməli, bütün şəhid ailələri də qardaş ailələrdir. Onların hər biri əzizdir, doğmadır. Bu gün kimlərsə haqqını tələb edə, bəlkə də bir az yanlış üslub da seçə bilər. Bu şəhid ailələrinin suçudurmu? Bu suala mən cavab vermək istəmirəm...
Belə bir vəziyyətin yaranmasında Dövlət Babanın suçu az deyil. Narazılıqlar başlayan gündən gah Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, gah "Azərsığorta” Şirkətinin rəsmiləri yaxa yırtıb üz cırmağa başladılar. Şəhid ailələrini haqsız çıxarmaq, onları aşağılamağa cəhd göstərmək həddini özlərində tapdılar. Diqqət elədim, şəhid ailələrinin haqsız olduqlarını iddia edən vəzifəli şəxslərin çöhrələrində zərrə qədər mərhəmət, ədalət, ləyaqət cizgiləri yox idi. Utanmaz-utanmaz kimlərinsə bir vaxtlar 5 kq ətin pulu olan kompensasiyanı aldıqlarını bəyan elədilər. Bu adamların şəhid, qazi, şəhid ailəsi barədə hər hansı təsəvvürləri yoxdur. Görəsən, bunların ətraflarında bir şəhid ailəsi olmayıbmı ki, onların nə çəkdiklərini bilsinlər? Bəlkə də olub, amma bunların anladıqları, gördükləri budur.
Bu barədə çox danışmaq olar, amma danışdıqca, yazdıqca, hər zaman dəyər verdiyim, uğrunda ölümün belə şərəf olduğunu hesab elədiyim Dövlətimin gözümdə kiçildiyini hiss etdiyim üçün susuram.
Mən dövlətimin güclü olmasını istəyirəm, amma Dövlət ƏDALƏTLİ olanda güclüdür.
Ey Dövlət Baba, sənə əmanət olanlara qarşı ədalətli ol! Çünki sən onların yanında olanda daha güclüsən...
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb