Komitə ilə nazirliyin məhkəməsindən yeni xəbər

img

10-07-2013 [15:47]


Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərlik etdiyi Əmlak Məsələləri Dövlət Komitəsi ilə Vergilər Nazirliyi arasında məhkəmə qalmaqalı davam edir.

Xatırladaq ki, bu ilin I rübündə Vergilər Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsində yoxlama aparmaq qərarını verib. Daha doğrusu, bu nazirliyin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi Əmlak Məsələləri Dövlət Komitəsində yoxlama qərarı verib: «Lakin hansısa səbəbdən komitə rəhbərliyi bu qərarla razılaşmır. Bunun üçün də məhkəməyə üz tutaraq Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin bəzi qərarlarının ləğv edilməsinə çalışırlar.

Mia.az-n məlumatına görə, «Əmlak Məsələləri Dövlət Komitəsinin Vergilər Nazirliyinin adıçəkilən departamentinin qərarının ləğv edilməsi tələbinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsində davam edir: «1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qərarından verilən şikayət Bakı Apellyasiya Məhkəməsinin hakim Səriyyə Seyidovanın sədrliyi ilə araşdırılır. Hakim Səriyyə Seyidova icraatında olan bu iş üzrə iyulun 9-na iclas saatı təyin edib. Çox böyük ehtimala artıq 3 aydır qərar verə bilməyən hakim həmin günü qərarını açıqlayacaq».

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA