“Bank Technique” ASC nazirlikdən nə istəyir?

img

10-07-2013 [15:45]


Vergilər Nazirliyi bir müddət əvvəl adı və rəhbər heyəti dəyişdirilən "Bank Technique” ASC (Texnikabank) haqda səyyar yoxlama aktı tərtib edib. Nazirliyin bu qərarı isə bank rəhbərliyini qorxuya salıb.

Bu barədə mia.az-a daxil olan məlumata görə, aylardır bank bu akt və qərarın ləğv edilməsi üçün çalışır: «Ancaq hələ ki istəyinə nail ola bilməyib».

Məlumata görə, bankın yeni rəhbərliyi Vergilər Nazirliyinin, daha doğrusu, bu nazirliyin yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin qərarını ləğv etdirmək məqsədiylə məhkəməyə müraciət edib: «Artıq işə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə də baxılıb. Lakin sözügedən məhkəmənin verdiyi qərardad bank rəhbərliyini qane etməyib. Ona görə də birinci məhkəmə instansiyasının qərardadından apellyasiya şikayət verilib».

Şikayətin artıq Bakı Apelyasiya Məhkəməsində icraata qəbul edilərək, araşdırılıb: «Bakı Apellyasiya Məhkəməsində bu şikayətə hakim Elşanə Vəliyevanın sədrliyi ilə baxılıb. Hakim 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadını qüvvədə saxlayıb. Bu isə o deməkdir ki, "Bank Technique” ASC Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin akt və qərarını ləğv etdirmək üçün Ali Məhkəməyə müraciət etməlidir».

Məsələ ilə bağlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA