Hacıbala Abutalıbov Apelyasiya Məhkəməsinə verildi

img

08-07-2013 [04:23]


Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova qarşı qaldırdığı məhkəmə prosesi davam edir. Bu barədə AzNews.az-a Şeyx Əbdül özü məlumat verib. O bildirib ki, bu dəfə Bakı merini apelliyasiya məhkəməsinə verib. Əməkdar incəsənət xadimi H.Abutalıbovdan sökülən evinin məbləğinin ödənilməsini tələb edir. Rejissor deyib ki, birinci instansiya məhkəməsi onun şikayətini təmin edib, lakin bəzi məqamlar var ki, onlara hüquq müstəvisində aydınlıq gətirilməlidir. ?Bundan əvvəl rayon məhkəməsi mənim xeyrimə qərar çıxardı. Amma bəzi məqamlar var ki, onlara hüquq müstəvisində aydınlıq gətirilməlidir. Məhkəmə Ekspert Komissiyası mənim yaşadığım evə məbləğ təyin edib, bu dəqiqləşməlidir. Apelyasiya Məhkəməsindən bu məbləğin mənə verilməsini tələb edirəm?. Qeyd edək ki, Şeyx Əbdül iddia edir ki, ?Qış bulvarı?nın tikintisi zamanı onun evinə zərər dəyib və evi qəzalı vəziyyətə düşüb. O, buna görə Bakı şəhər İcra Hakimiyyətindən kompensasiya tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA