Bakı Metropoliteninin rəisi Tağı Əhmədov əmr verdi

img

05-07-2013 [03:10]


Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun əmrinə əsasən, iyulun 8-də ?Elmlər Akademiyası? stansiyasının eskalatorlarında biri təmirə dayandırılacaq. Avadanlığın istismar təlimatına və texniki tələblərə əsasən, 100 min km-dən artıq qaçışı olan eskalator əsaslı təmir edilməlidir. Bu stansiyadakı 3 saylı eskalator isə artıq 107 minə yaxın məsafə qət edib. Təmirlə əlaqədar metropolitenin birləşmiş emalatxanaları hazırlıq prosesini başa çatdırmaq üzrədir. Elektromexanika xidmətinin eskalator distansiyasının rəisi Elçin İsmayılov qeyd edir ki, stansiya, demək olar, daim gərgin iş rejimində çalışsa da, bu addım qaçılmazdır. İlk dəfə deyil ki, burada əsaslı təmir aparılacaq. Buna qədər də burada eyni işlər görülüb. Təbii ki, sərnişinlərin marağı nəzərə alınaraq, təmir stansiya yükünün qismən azaldığı dövrə ? iyul-avqust aylarına salınıb. Təmir 3 aya qədər davam edəcək. Qeyd edək ki, idarə rəisinin əmrinə əsasən, eskalatorun əsaslı təmiri sentyabrın 25-dək başa çatdırılmalıdır. Metropoliten rəisinin əmrinə əsasən, avadanlığın təmirə dayandırıldığı müddətdə bu işlərə məsul olan və müxtəlif sifarişləri yerinə yetirəcək şəxslərin, xidmət və sahələrin vəzifələri də müəyyən olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA