?Azercell Telecom? general və nazirə bağlı qurumlardan zikayətlənir

img

01-07-2013 [02:26]


Ölkənin ən böyük mobil operatorlarından sayılan ?Azercell Telecom? MMC Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə ?Catel? şirkətinə qarşı şok iddia qaldırıb. Bu barədə mia.az-a daxil olan məlumata görə, ?Azercell? Telecom MMC-nin davası əsasən bir neçə il əvvəl fəaliyyəti məhdudlaşdırılan ?Catel? MMC ilə bağlıdır: ?Ancaq ?Azercell? iddia ərizəsində operatorlararası əlaqələri tənzimləməkdə məsul olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini də ?unutmayıb?. Mobil şirkəti nazirliyi ilə üçüncü şəxs qismində məhkəməyə cəlb edərək, cavabdehlərdən xətlərarası danışıqlar zamanı yaranmış borc və dəbbə pulunun ödənilməsini təlləb edir?. Məlumata görə, ?Azercell?in iddiasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Lakin həmin məhkəmə instansiyasının çıxardığı qərar nə borc problemini, nə də digər mübahisələri həll etməyib. Və birinci məhkəmə instansiyasının qərarından yuxarı məhkəmə instansiyasına şikayət verilib?. Əldə etdiyimiz xəbərə görə, ?Azercell Telecom?la ?Catel? və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında borc davası artıq Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub və araşdırılır: ?Tərəflər arasındakı mübahisə hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Sərvət Hüseynovun sədrliyi ilə araşdırılır. Hakim şikayətlə bağlı iyulun 10-na növbəti iclas saatı təyin edib. Çox böyük ehtimala həmin günü qərarını elan edəcək?. Xatırladaq ki, mətbuatda ?Catel?in Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinin rəis müavini, general Əli Nağıyevə bağlı olması ilə bağlı çoxsaylı xəbərlər yazılıb. Məsələ ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirovdan münasibət öyrənmək istədik. Ancaq nazirlik rəsmisi məhkəmə işindən xəbərsiz olduğunu deyib. Adıçəkilən MMC-lərdən isə münasibət öyrənmək mümkün olmayıb. Tərəfləri dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA