?Azercell?lə ?Azərfon?un 464 minlik məhkəməsindən yeni xəbər var

img

23-06-2013 [03:28]


?Azercell Telekom?la ?Azerfon? MMC arasında 464 min manatlıq məhkəmə qalmaqalı ilə bağlı yeni xəbər var. Xatırladaq ki, ?Azercell Telekom? MMC arasında şəbəkələrarası danışıqlara görə iri məbləğdə borc yaranıb. Lakin qarşı tərəf ?Azerfon?a yaranmış bu borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınır. İddiaçı şirkət isə israrla borcunu tələb edir və bu səbəbdən məhkəməyə üz tutub. Ancaq ?Azercell Telekom? MMC-yə qarşı ?Azerfon?un 463 min 755 manatlıq borc tələbi birinci məhkəmə instansiyası tərəfindən çıxarılan qətnamə ilə öz həllini tapmayıb: ??Azerfon? MMC-nin ?Azercell?ə qarşı 463755 manat məbləğində borcun tutulması tələbi əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə tərəfindən araşdırılıb. Lakin bu məhkəmə instansiyasında tərəflər razılığa gələ bilməyib. Bu səbəbdən də məhkəmənin qərarı üst məhkəmə orqanına şikayət edilməsinə yol açıb?. Məlumata görə, ölkənin iki mobil operatorunun məhkəmə ?döyüşü? Bakı Apellyasiya Məhkəməsində araşdırılıb və bir neçə gün əvvəl iş üzrə qərar açıqlanıb: ?Birinci məhkəmə instansiyasının qərarından verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Valeh Ağayevin sədrlik etdiyi hakimlər heyəti tərəfindən araşdırılıb. Hakim Valeh Ağayev iyunun 18-də qərarını verib. O, birinci məhkəmə instansiyasının qətnaməsini qüvvədə saxlayıb. Bu isə o deməkdir ki, mübahisə Ali Məhkəməyə çıxarıla bilər?. Məhkəmə prosesi və bu prosesdəki tələblərin yaratdığı mübahisələrlə bağlı bəzi məqamları dəqiqləşdirmək üçün nə ?Azerfon? MMC, nə də ?Azercell Telekom? MMC-dən cavab almaq mümkün olmayıb. Hər iki tərəfin borc qalmaqalı ilə bağlı münasibətlərini də dərc etməyə hazırıq. "Reytinq" qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA