Cahangir Hacıyevin qalmaqallı ortağına 2.378.961,12 manatlıq yeni iddia qaldırıldı

img

18-06-2013 [01:57]


Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Hacıyevin şəriki və ona bağlı olan "Ceneral Konstrakşn" MMC ilə Mahir Qafarovun sahibi olduğu "Qrin Hill" MMC-yə qarşı 2.378.961,12 manat məbləğində yeni iddia qaldırılıb. 

 Bu barədə mia.az-a daxil olan məlumata görə, adıçəkilən şirkətlərə qarşı iddia qaldıran ölkədə kifayət qədər imkanlara sahib olan "Kapitol" firmasıdır. 

Firma 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə cavabdehlərdən təxminən 2,4 milyon manatın tutularaq hesabına ödənilməsini tələb edib. Lakin birinci instansiya məhkəməsinin çıxardığı qətnamə mübahisəyə son qoymayıb. Əksinə, apellyasiya şikayətinə zəmin yaradıb: "

Hazırda Kapitol firmasının Ceneral Konstrakşn MMC ilə Qrin Hill MMC-yə qarşı qaldırdığı 2.378.961,12 manatlıq iddia üzrə proses Bakı Apellyasiya Məhkəməsində davam edir". 

 Məlumata görə, şirkətlərin milyonluq davaları Bakı Apellyasiya Məhkəməsində hakim Valeh Ağayevin sədrliyi ilə araşdırılır: "Hakim Valeh Ağayev Kapitol firması ilə MMC-lərin 2,4 milyonluq məhkəmə çəkişməsi üzrə iyunun 4-nə iclas saatı təyin etmişdir. Lakin həmin günü şikayətlə bağlı qərar çıxarılmayıb. Məhkəmə bu günə, yəni iyunun18-nə təxirə salınıb".

Onu da qeyd edək ki, mia.az araşdırma zamanı çəkişən şirkətlərlə bağlı oxucular üçün maraqlı məqamlar üzə çıxarıb. Əldə etdiyimiz məlumata görə, cavabdeh şirkətlərin ölkədə kifayət qədər imkanlara sahib olan şəxslərə bağlıdır. Elə şikayət olunanlardan biri - �Ceneral Konstrakşn� MMC-nin Azərbaycan Beynəlxalq Bankının prezidenti Cahangir Hacıyevə bağlı olmasını misal göstərmək olar. Həmin şirkətin təsisçisi ilə Cahangir Hacıyevin isə hələ bir neçə il əvvəl Beynəlxalq Bank vasitəsiylə 185 milyonluq maxinasiyaları da olub. Bizi məlumatlandıran məlumatlı şəxsin sözlərinə görə, bank rəhbəri ilə şirkət təsisçisinin 185 milyonluq vəsaiti mənimsəmələri ilə bağlı xəbərlər zaman-zaman dövrü mətbuatda da yazılıb: 

"Xatırlayırsınızsa, hələ bir neçə il əvvəl Azərbaycan Beynəlxalq Bankından külli miqdarda pul vəsaitlərinin �yox�a çıxması ilə bağlı bankda audit yoxlamaları ilə yanaşı, əməliyyat-istintaq tədbirlərinin də həyata keçirilməsi haqda ciddi xəbərlər verilirdi. Lakin sonradan Cahangir Hacıyev hakimiyyət pillələrində olan nüfuzundan istifadə etməklə, yoxlamaları və hətta həbsləri də ört-basdır etməyə nail oldu. O zaman Cahangir Hacıyev �ümidsiz kreditlər� adı altında bankın yarımmilyon manata yaxın vəsaitinin mənimsənilməsi prosesini �ustalıq�la həyata keçirmişdir. Sonradan aparılan dəqiqləşdirmələr zamanı isə bəlli oldu ki, həmin məbləğin 185 milyon manata yaxını Cahangir Hacıyev öz biznes şəriki olan Xəqani Bəşirovun sərəncamına verib. Bu barədə istintaq materialları da var. Əgər Baş Prokurorluğa sorğu versəniz, məncə, bunu dəqiqləşdirmək çətin olmayacaq�. Xəqani Bəşirovun kimliyinə gəlincə, müsahibimiz deyir ki, o, geniş əlaqələrə malik azərbaycanlı biznesmendir, lakin Fransa vətəndaşıdır: �Xəqani Bəşirov eyni zamanda, Lüksemburq-Azərbaycan Mədəniyyət Cəmiyyətinin yaradıcısı və sədridir. Azərbaycanda qızıl hasilatı ilə məşğul olan �Anglo-Asian Mining plc� şirkətinin səhmdarlarından biridir (16,5 faiz). O, 1991-ci ildə ilk milli konsaltinq şirkəti �VneshExpertService�i yaradıb (2006-cı ildə �V.E.S. Consultancy LLC� şirkəti adlanıb). Bakı, Gəncə, Moskva, Astana, Tbilisi, Paris, Lüksemburq, London və Toronto şəhərlərində nümayəndəlikləri olan şirkətin rəsmi saytında tərəfdaşlar arasında əksər nazirliklərin, o cümlədən Beynəlxalq Bankın adı keçir (Yeri gəlmişkən, Beynəlxalq Bank �Anglo-Asian Mining plc� şirkətinin də əsas kredit verənlərindən biridir- mia.az). Yuxarıda adıçəkilən və 2,4 milyon manatlıq iddia qaldırılmış şirkətə gəldikdə isə, Xəqani Bəşirov bu şirkəti Panamada qeydiyyata alınmış və özünün direktoru olduğu �OCEANSTREAM INC" şirkəti vasitəsiylə təsis edib. Daha dəqiqi, o, Azərbaycanda qeydiyyata alınmış �General Konstrakşn� MMC-nin təsisçilik hüququnu əldə edərək, �Xəzər Menecment Sistems� MMC, �Ceneral Konstrakşn� MMC və həmin cəmiyyətin əməkdaşlarının adına rəsmiləşdirilmiş �Aygün Inşaat�, �Aqora�, �Pərvanə�, �Uni Oyl�, �Alfa Layn�, �Beta Layn�, �Kondor Qrup� və �Siqma Layn� MMC-lər tərəfindən �Azərbaycan Beynəlxalq Bankı� ASC-dən (ABB) iri məbləğdə kreditlər rəsmiləşdirib. Təsəvvür edin ki, bir neçə il əvvəl bu qanunsuz kredit əməliyyatları ilə bağlı prokurorluğun apardığı istintaq çox böyük fırıldaqları üzə çıxardı. Hətta iş o yerə çatır ki, Xəqani Bəşirovun təqsirləndirilən şəxs qismində saxlanması üçün baş prokuror Zakir Qaralov təqdimat da verib. Həmin təqdimatda da Cahangir Hacıyevin şəriki olan Xəqani Bəşirovun Azərbaycan və xaricdə yaratdığı çoxsaylı şirkətlər vasitəsilə Beynəlxalq Bankdan 2 il ərzində 185 milyon manat kredit alıb, qaytarmadığı əks olunub. Zakir Qarlovun təqdimatına əsasən Xətai rayon Məhkəməsinin qərarı ilə o, həbs olunub. Məsələnin ən maraqlı tərəfi isə Hacıyevin şəriki Xəqani Bəşirovun 5 aylıq həbsdən sonra azadlığa buraxılaraq, �yox�a çıxması sayıla bilər. Heç şübhəsiz ki, burada bank prezidentinin rolu danılmazdır�. Mia.az-ıb xəbərinə görə, Xəqani Bəşirov və ona məxsus olan şirkətlər təkcə �Kapitol� firmasını �dar ayaq�da qoymayıb: �O adam ölkədəki bir çox iş adamlarını da milyonlarla zərərə salıb�. �Kapitol� firmasının iddia qaldırdığı digər şirkət � �Qrin Hill�ə gəldikdə isə, məlumatlı şəxs deyir ki, həmin şirkətin sahibləri də Azərbaycan reallığı ilə yanaşanda kifayət qədər �qollu-budaqlı�dır: �Bu MMC 6 ay əvvəl vergi orqanları ilə Əlavə Dəyər Vergisi ilə bağlı yaranmış 210 min manatlıq problemi çox rahatlıqla yoluna qoymağı bacarıb. Razılaşaq ki, bunu hər şirkət edə bilməz. Bu isə o deməkdir ki, "Qrin Hill" MMC kifayət qədər imkana sahib olan şəxslərə bağlıdır. Baxmayaraq ki, o, şirkətə Mahir Qafarov rəhbərlik edir, hesab edirəm ki, onların da himayəçiləri var�.  

Mövzu ilə bağlı tərəflərdən rəsmi münasibət öyrənmək mümkün olmayıb. Amma araşdırmalarımız zamanı hər üç şirkətlə bağlı çox maraqlı məlumatlarla zəngin faktlar əldə etmişik. Məhkəmə prosesinin gedişinə paralel olaraq həmin faktları dəqiqləşdirməyə çalışacağıq. Əgər tərəflərdən hər hansı biri münasibətini açıqlamaq istərsə, onu da yaya bilərik. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA