Ekologiya Nazirliyində 200 minlik qalmaqal Ali Məhkəməyə çıxdı; Hakim zübhəli qərar verdi

img

15-06-2013 [02:38]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tenderdə qalib gəlmiş şirkət və ona zəmanət vermiş bankla məhkəməsində şübhəli hadisələr baş verir. Mia.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə özəl şirkət və ona zəmanət məktubu verən Texnikabank? ("Bank Technique") arasında təqribən 200 min manatlıq vəsait uğrunda mübahisə yaranıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət əvvəl tenderdə qalib gələn və nazirliyin sifarişi ilə müəyyən işləri görən ?Bakı Terminal Komp Ltd? MMC və bir neçə ay əvvəl ləğv olunan, daha dəqiqi adı dəyişdirilən Texnikabank? ASC-ni məhkəməyə verib: ?Nazirlik məhkəmədən adıçəkilən şirkətin təqdim etdiyi və görülən işlərə görə tərtib olunan Forma-2 və Forma-3 sənəd və arayışlarının etibarsız hesab edilməsi ilə bərabər, həmin şirkətə və nazirliklə bağlanan müqavilə öhdəliyinə zəmanət verən ?Texnikabank? ASC-dən 201.480 (İki yüz bir dörd yüz səksən) manat məbləğin tutulmasını tələb edir?. Məlumata görə, Ekologiya Nazirliyinin bu iddiasına 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsində baxılıb. Bu ilin aprel aynın 4-də isə Bakı Apellyasiya Məhkəməsində şikayət araşdırılıb və hakim Cahangir Yusifov nazirliyin xeyrinə qərar çıxarıb. Daha dəqiqi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin çıxardığı qərardad qüvvədə saxlanılıb. Aldığımız məlumata görə, əks tərəf bu qərardan Ali Məhkəməyə şikayət vermək istəsə də, qanunlarımızdakı məhdudiyyətlər buna imkan verməyib: ?Qanuna görə, Ali Məhkəməyə şikayət vermək üçün şikayət verən tərəfin nümayəndəsi Vəkillər Kollegiyasının üzvü olmalıdır. Bu səbəbdən də şirkət rəhbərliyi yenidən məhkəməyə üz tutub və dövlət hesabına vəkillə təmin edilmələrini xahiş ediblər?. Məlumata görə, qəribə də olsa, Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov qarşı tərəfin vəkillə təmin edilmək tələbini rədd edib: ?Hakim bu sadə iş üzrə iyunun 13-nə keçirilən iclasda qərarını elan edib. Lakin qarşı tərəfin bu qanuni hüququ təmin edilməyib. Yəni hakim şikayəti təmin etməyib?. Xəbərdə iddia olunur ki, Apellyasiya Məhkəməsinin bu qərarından şikayət veriləcək. Yazıda adları hallanan nazirlik, şirkət və bankın da mövqeyini yaya bilərik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA