Prezident icra bazçısına yol təmiri üçün 2 milyon manat ayırdı

img

13-06-2013 [08:37]


Bu gün prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında növbəti sərəncamını imzalayıb. Mia.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələri ərazisində iyirmi altı min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 20,1 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı Bakı şəhərinin Qaradağ Rayon İcra Hakimiyyətinə ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir. Xatırladaq ki, Qaradağın icra başçısı Süleyman Mikayılovdur

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA