?Azercell?lə ?Azərfon? yenə də üz-üzə gəldi; 464 minlik borc abunəçiləri təhlükəyə sürüklədi

img

13-06-2013 [12:33]


?Azercell Telekom?a qarşı daha bir məhkəmə iddiası qaldırılıb. Bu dəfə isə hər hansı bir MMC və ya fiziki şəxs deyil, ölkənin ən böyük mobil operatorlarından biri olan ?Azərfon? şirkətidir. Bu barədə mia.az-a daxil olan məlumata görə, ?Azerfon? MMC ilə ?Azercell Telekom? MMC arasında şəbəkələrarası danışıqlara görə iri məbləğdə borc yaranıb. Lakin qarşı tərəf ?Azerfon?a yaranmış bu borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınır. İddiaçı şirkət isə israrla borcunu tələb edir və bu səbəbdən məhkəməyə üz tutub. Ancaq ?Azercell Telekom? MMC-yə qarşı ?Azerfon?un 463755 manatlıq borc tələbi birinci məhkəmə instansiyası tərəfindən çıxarılan qətnamə ilə öz həllini tapmayıb: ??Azerfon? MMC-nin ?Azercell?ə qarşı 463755 manat məbləğində borcun tutulması tələbi əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə tərəfindən araşdırılıb. Lakin bu məhkəmə instansiyasında tərəflər razılığa gələ bilməyib. Bu səbəbdən də məhkəmənin qərarı üst məhkəmə orqanına şikayət edilməsinə yol açıb?. Məlumata görə, ölkənin iki mobil operatorunun məhkəmə ?döyüşü? hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır: ?Birinci məhkəmə instansiyasının qərarından verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Valeh Ağayevin sədrlik etdiyi hakimlər heyətinin icraatına verilib. Hakim Valeh Ağayev iş üzrə iyunun 4-də hazırlıq iclası keçirib. Və prosesi ayın 18-nə təyin edib?. Məhkəmə prosesi və bu prosesdəki tələblərin yaratdığı mübahisələrlə bağlı bəzi məqamları dəqiqləşdirmək üçün nə ?Azerfon? MMC, nə də ?Azercell Telekom? MMC-dən cavab almaq mümkün olmayıb. Onu da xatırladaq ki, bir neçə il əvvəl bu operatorlar eyni problem səbəbindən ölkənin gündəmini məşğul edəcək səviyyədə üz-üzə gəliblər. Həmin vaxtı ?Narmobile?? 3G-nin Azərbaycanda tətbiqi ilə İngiltərənin ?Vedafone? şirkəti ilə müqavilə bağlamaq ərəfəsində olmasına rəğmən, ?Azercell? həm özünün, həm də ?Azerfon?nun abunəçilərini ciddi narahat edəcək bəyanat yaymışdı. Həmin bəyanatda şəbəkələrarası əlaqələri dayandırılacağı ilə qarşı tərəf hədələnirdi. Bu isə hər iki operatorun abunəçilərinə ciddi narahatlıq yaratmışdır. Ancaq ictimaiyyətin və dövlət qurumlarının təzyiqi bu qadağanının tətbiqini arxa plana keçirdi. İndisə ?Azerfon? eyni hədə-qorxunu və təzyiq kampaniyasını aparmaq imkanları əldə edib. Görəsən, məhkəmələrə rəğmən, yenə oxşar problem yaşanmayacaq ki? Bu halda hər iki şirkətin abunəçiləri hansı addımlar ata bilər? Bu və ya digər suallarla bağlı növbəti sayımızda ekspertlərin münasibətini dərc edəcəyik. Yeri gəlmişkən, bu günlərdə ?Azercell?in Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması ilə bağlı IREX-Azərbaycan təşkilatının sədr müavini, hüquqşünas Ələsgər Əhmədoğlunun ?Facebook?dakı şəxsi hesabında yazdığı faktla əlaqəli də ?Azərcell?dən mövqe öyrənmək cəhdlərimiz alınmayıb. F.ƏHMƏD

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA