icra bazçısı ilə komitə sədrləri məhkəməyə verilib;Cəmiyyətin əmlakına qəsd olunub

img

10-06-2013 [11:28]


Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin balansında olan daşınmaz əmlaka ?qəsd? edib. Belə ki, icra başçısı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq razılıqları cəmiyyətin balansında olan daşınmaz əmlakı balansdan çıxaracaq sərəncam verməsi ortaya yeni problem çıxarıb. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, İbrahim Mehdiyevin məlum sərəncamı ilə Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin rəhbərliyini kəsin narazı salıb. Ancaq icra başçısının sərəncamını yazışmalar və müvafiq sənədlərin təqdimatı ilə ləğv etdirmək mümkün olmayıb. O üzdən də cəmiyyət rəhbərliyi məhkəməyə üz tutmaq məcburiyyətində qalıb: ?Cəmiyyət rəhbərliyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının sərəncamının ləğv edilməsi üçün iddia qaldırıb. Deyim ki, iddia ərizəsinə cavabdeh qismində təkcə icra hakimiyyəti deyil, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi də cəlb olunub?. Məlumatda bildirilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə qaldırdığı iddia təmin olunmasa da, cəmiyyət rəhbərliyi icra başçısı ilə komitə sədrlərinin qarşısından geri çəkilməyib: ?Çox güman ki, cəmiyyət rəhbərliyi də məhkəmələrin icra başçısı ilə komitə sədrlərinin əleyhinə qərar verməyəcəyini əvvəlcədən bilirdilər. Açığı, gözlənilən kimi də oldu. Birinci instansiya məhkəməsi cəmiyyətin iddia tələbini, yəni İbrahim Mehdiyevin sərəncamının ləğvini təmin etmədi. Amma bu o demək deyil ki, cəmiyyət bununla da geri çəkildi. Əksinə, apellyasiya şikayəti verdilər?. Bizi məlumatlandıran şəxsin sözlərinə görə, şikayət Bakı Apelyasiya Məhkəməsində icraata qəbul olunub və hakim Valeh Ağayevin sədrliyi ilə araşdırılıb: ?Hakim Valeh Ağayev iş üzrə bir neçə gün əvvəl qərarını elan etdi. O da vəzifəli şəxslərin əleyhinə çıxa bilmədi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qətnaməsini qüvvədə saxladı. Çox böyük ehtimala bu qərardan Ali Məhkəməyə şikayət veriləcək?. Məsələ ilə bağlı qarşı tərəflərdən münasibət öyrənmək mümkün olmayıb. Tərəflərin mövqeyini də dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA