5 telekanala 400 min pul ayrıldı

img

06-06-2013 [04:02]


Milli Televiziya və Radio Şurası milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan prezidentinin 4 aprel 2013-cü il tarixli sərəncamına əsasən, milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə edilib. Müzakirələrə uyğun olaraq iclasda milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə ?Azad Azərbaycan Teleradio Kompaniyası?na, ?Lider TV və Radio Azərbaycan? MMC-yə, ?Space Müstəqil Teleradio Kompaniyası?na, ?Xəzər TV? MMC-yə və ?ANS Müstəqil Yayım və Media Şirkəti?nə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 400 000 (dörd yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılması barədə qərar qəbul edilib(apa).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA