Cahangir Hacıyevlə komitə sədri arasında zübhəli anlazma

img

05-06-2013 [07:20]


[/center] Aldığımız son məlumata görə, hakim Mirzə Tağızadə tərəflər arasındakı məhkəmə çəkişməsi üzrə keçirilən məhkəmə proseslərini bir-birinin ardınca təxirə salıb ki, bu da ortada tərəflərin hansısa gizli anlaşmasından xəbər verir: ?Təsəvvür edin ki, Azərbaycan Beynəlxalq Bankının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qətnaməsindən verdiyi şikayət üzrə təkcə may ayında iclas keçirilmədən 4 dəfə proses təxirə salınıb. Belə ki, mayın 8-nə təyin olunmuş proses 17-nə, daha sonra 24-nə, həmin günü isə proses 29-u tarixinə ertələnib. Amma sözügedən tarixdə də şikayət üzrə qərar olmayıb. Daha dəqiqi, məhkəmə tərəflər arasındakı çəkişməni qeyri-müəyyən müddətə təxirə salınmasını elan edib?. Müsahibimizin sözlərinə görə, iş üzrə dəqiq məhkəmə vaxtının təyin edilməməsi məhkəmədən deyil, çəkişən tərəflərdən qaynaqlanıb: ?Məndə olan məlumata görə, bankın idarə heyətinin sədri Cahangir Hacıyev Kağızlar üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə, konkret Rüfət Aslanlı ilə məhkəmədən kənar ?dil tapmaq? üzrədir. Onun üçün də məhkəmə perspektivi ikinci plana keçirilib. Bildiyimə görə, artıq tərəflər anlaşmaq üzrədir. Əgər anlaşma aparılan danışıqlara uyğun olaraq uğurla başa çatarsa, məhkəmə işi baxılmamış saxlanılacaq. Bu isə hər iki tərəfə sərf edir. Belə ki,Cahangir Hacıyev istəyinə nail olaraq bankın qiymətli kağızlarını xaricə çıxarır, Rüfət Aslanlı isə özünü sığorta imkanı qazanır. Yəni komitə sədri ekstremal vəziyyətdə məhkəmə çəkişməsini əsas gətirərək, istənilən vaxt çıxıb deyə biləcək ki, o, buna qarşı olub və hələ də bununla bağlı məhkəmə davam edir. Baxılmamış məhkəmə işlərinin bir sadə ərizə ilə bərpa edilməsinin qanuni mümkünlüyünü də buraya əlavə etsək, o zaman hər iki tərəfin ?ağıllı oyunu? ortaya çıxır?. Cahangir Hacıyevin nədən israrla qiymətli kağızları xaricə çıxarmağa çalışması, həmin kağızların hansı ölkədə yerləşdiriləcəyi, Rüfət Aslanlının buna qarşı çıxmasının pərdəarxası məqamları da maraqlı məqamlarla zəngindir. Bu və ya digər məlumatlarla bağlı araşdırmalarımız davam edəcək. Adıçəkilən dövlət qurumlarının münasibətini də dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA