?Deyirdilər ki, Azərbaycanı ?Holland sindromu?, ?neft lənəti? gözləyir?

img

04-06-2013 [11:19]


Bu gün "Bakı Ekspo Mərkəzi"ndə beynəlxalq "Xəzər Neft və qaz, Neftayırma və Neft kimyası" ("Caspian Oil and Gas") sərgi və konfransı öz işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin açılışında iştirak edirlər. Qeyd edək ki, 20 illik yubileyini qeyd edən Beynəlxalq "Caspian Oil and Gas" sərgisi neft-qaz yataqlarının kəşfi və işlənməsi ilə məşğul olan, həmçinin servis xidmətlərini göstərən dünyanın 28 ölkəsindən 386 şirkəti birləşdirir. İyunun 7-dək davam edən sərgi və konfrans hər il dünya neft sənayesi liderlərini öz meydançasında bir araya toplamaqla bütün diqqəti Azərbaycana yönəldir. Bu il "Xəzər Neft və Qaz" sərgisinin yubileyi əlamətdar bir tarix - sərginin banisi və onun ideoloji ilham mənbəyi olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdir və o vaxtdan etibarən, "Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib. *** ?20 il öncə keçirilməsinə başlanan bu sərgi hər il daha çox iştirakçı şirkət cəlb edir?. ?APA-Economics?in məlumatına görə, bunu bu gün Bakıda başlayan XX Xəzər Neft-Qaz Sərgisinin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib. Ötən 20 ildə Azərbaycanın iqtisadiyyatın müxtəlif sahələrində əldə etdiyi uğurlardan danışan prezident bildirib ki, 20 il əvvəl Azərbaycanın gələcək inkişafı ilə bağlı proqramlar və niyyətlər olub, bu gün artıq həmin niyyətlər reallaşıb. 1994-cü ildə imzalanmış ?Əsrin müqaviləsi?ni ?İki əsrin kontraktı? adlandıran dövlət başçısı qeyd edib ki, bu kontraktların icrası nəticəsində açılmış dəhlizlər yeni layihələrə yol açır: ?Azərbaycan ilk dəfə Xəzər dənizini xarici şirkətlərə açdı. Bizim beynəlxalq əməkdaşlıqda gözəl təcrübəmiz var. Gözəl investisiya iqlimi yaratmışıq. Neft kapitalını insan kapitalına yönəldə bilmişik. Bəziləri deyirdilər ki, Azərbaycanı ?Holland sindromu?, ?neft lənəti? gözləyir. Bunların heç biri baş vermədi?. 17 il əvvəl ?Şahdəniz? layihəsinə imza atıldığını diqqətə çatdıran prezident bu layihə ilə Azərbaycanın qaz ölkəsinə çevrildiyini vurğulayıb: ?Bu gün ?Şahdəniz? qaz yatağı bölgədə enerji təhlükəsizliyi proseslərinə ciddi təsir göstərir. Bu, dünya miqyaslı bir layihədir. Artıq ikinci fazasının başlanmasına yaxınıq?. Prezident çıxışında ARDNŞ-in fəaliyyətini təqdir edib, eyni zamanda BP şirkəti ilə Azərbaycan hökumətinin əməkdaşlığından danışıb: ?BP bizim strateji tərəfdaşımızdır. SOCAR-la BP arasında gözəl, strateji səviyyədə tərəfdaşlıq yaranıb. Əməkdaşlığımız daha iki onillik də davam edəcək?. Dövlət başçısı bildirib ki, hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trln. kubmetrdir: ?Yeni məlumatlar bu rəqəmi daha da artıracaq?. Azərbaycanın neftdən əldə etdiyi gəlirləri qeyri-neft sektoruna və insan kapitalına yönəltdiyini, bu sayədə ölkədə digər sektorların inkişaf etdirildiyini, sosial şəraitin yaxşılaşdığını bildirən prezident Dövlət Neft Fondunun fəaliyyəti ilə bu sahədə şəffaflığın təmin olunduğunu söyləyib: ?Biz indi bu təcrübəni digər sektorlarda da tətbiqi üzərində işlər aparırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA