Bakıdan Naxçıvana aviareyslər bərpa olunub

img

27-05-2013 [12:48]


ıvanda dünən müşahidə olunan hava şəraiti ilə əlaqədar olaraq yerli aeroport təyyarələri qəbul edə bilmədiyinə görə Muxtar Respublikaya nəzərdə tutulan bəzi reyslər təxirə salınıb. Dünən, mayın 26-da Bakıdan Naxçıvana nəzərdə tutulan bir neçə aviareys, o cümlədən saat 19:00-a planlaşdırılan reys və saat 21:00-da nəzərdə tutulan reys təxirə salınıb. Həmin reyslər müvafiq olaraq bu gün saat 08:30-da və 09:10-da yola salınıb. Bu dəqiqələrdə isə daha bir aviareysin həyata keçirilməsinə hazırlıq gedir. Qeyd edək ki, qrafikə əsasən, bu reys də dünən saat 23:55-də yerinə yetirilməli idi. ?Azərbaycan Hava Yolları? QSC-dən verilən məlumata görə, ləngimələrin səbəbi Naxçıvanda əlverişsiz hava şəraiti ilə bağlı olub. QSC-nin xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, bununla əlaqədar Naxçıvan tərəfi təyyarələri qəbul edə bilməyəcəyini bildirib: ?Hazırda vəziyyət sabitləşib və ləngiyən reyslər göndərilməkdədir?. (Apa.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA