Nazirlik beynəlxalq konfrans keçirəcək

img

27-05-2013 [11:06]


Mayın 29-31 tarixlərində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, Azərbaycan Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə ?Heydər Əliyevin 90 illik yubileyi?nə həsr olunan ?Riyaziyyat və İnformatikanın Aktual Problemləri? adlı beynəlxalq konfrans keçiriləcək. Nazirliyin mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, konfransın açılışı mayın 29-da baş tutacaq. Konfransın işi ?Riyaziyyat? və ?İnformatika? bölmələri üzrə təşkil ediləcək. Bölmə iclaslarında ?Riyaziyyat? üzrə ?Funksional Analiz?, ?Operatorlarin Spektral Nəzəriyyəsi?, ?Approksimasiya Nəzəriyyəsi?, ?Diferensial Tənliklər?, ?Harmonik Analiz və Funksiyalar Nəzəriyyəsi?, ?Qeyri - Səlis Nəzəriyyə?, ?Ehtimal Nəzəriyyəsi və Riyazi Statistika?, ?İdarəetmıə Nəzəriyyəsi? müzakirə ediləcək. ?İnformatika? bölməsi üzrə mövzulara isə ?Süni Neyron Şəbəkələr, Qeyri ? Səlis Sistemlər?, ?Kompüter Şəbəkləri və Sistemləri?, ?Qərar Qəbul Etmə Sistemləri?, ?Obrazların Tanınması?, ?Təbii Dillərdə Yazılmış Mətnlərin İşlənməsi?, ?Proqram Təminatının hazırlanması?, ?İnternet Proqramları və Veb ? Xidmət?, ?İnformasiya Təhlükəsizliyi?, ?İnformasiya Texnologiyaları və Kompüter Təhsili? və ?Nanotexnologiya? daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA