Parlamentdə istiqlalçı deputatların pensiya məsələsi qaldırıldı

img

24-05-2013 [12:36]


Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cünmhuriyyətinin yaradılmasının 95 illik münasibətilə Azərbaycan xalqını və millət vəkillərini təbrik edib. Qüdrət Həsənquliyev bu bayramın qeyd olunmasında səbəbkar olan istiqlalçı deputatların pensiya məsələsinin hələ də həll olunmamasına diqqət çəkib. O bildirib ki, bu məsələ öz həllini tapmalıdır. ?Milli Məclis sabiq millət vəkillərinin pensiya məsələsinə mütləq baxmalıdır?. Onun sözlərinə görə keçmiş kommunistlər, məhkəmə sədrləri, keçmiş partiya işçiləri necə pensiya alırlar, eləcə də Azərbaycanın istiqlaliyatına səs vermiş istiqlalçı deputatlar da pensiya almalıdır. Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA