14-09-2018 [14:52]
Uzun müddətdir ki, pul-kredit bazarına ciddi müdaxilədə tərəddüd edən Türkiyənin Mərkəzi Bankı (TCMB) 13 sentyabr tarixli qərarı ilə faiz dərəcələrini artırdı. Dünənki qərarla uçot dərəcələrini 6,25 faiz artıraraq 17,75%-dən 24%-ə qədər yüksəldi.
Düzdür, bu MB-ın bu qərarı nisbətən gecikmiş qərar oldu. Lakin, bunu devalvasiyanın ilk əvvələrində bunu etmək daha effektiv ola bilərdi. Bununla yanaşı onu da qeyd etməyi vacib hesab edirəm ki, mən bu faiz artımını MB-ın son illərdə atdığı ən cəsarətli və müstəqil addım hesab edirəm. İndiki halda MB-ın faiz dərəcələrinin artırılmasına dair verdiyi qərar əli yanan insanın əini ağzına basması kimi bir şeydir. Başqa heç bir halda MB-ın valyuta bazarına birbaşa təsir imkanı da yoxdur. Olan MB-ın funksiyalarına daxil olanı budur ki, bunu etdi.
Dünəndən başlayaraq bu addımdan sonra valyuta birjalarında 1 dollar 6,5 TL-dən bu yazını yazana qədər 6,03-ə qədər düşüb. Bu yaxın həftələrin ən sürətli enişi hesab oluna bilər. Deməli, MB-ın bu qərarı valyuta bazarına təsirsiz ötüşmədi. Düşünürəm ki, bu davamlı olmayacaq. Yəni avtopilota qoyularaq davamlı olaraq aşağı doğru enişlə getməyəcək. Mənim düşüncələrimə görə, Türkiyənin indiki iqtisadi gerilməsinin səbəbi monetar siyasətlə bağlı deyil, iqtisadiyyatın özünün konstruksiyası ilə bağlıdır. Müvəqqəti olaraq TL-nin dəyər qazanması istiliyi olan bir orqanizmanı bir dərmanla istiliyini müvəqqəti endirməyinə xatırladır.
MB bu addımla əslində yaxın həftələlərdə sürətlənəcək inflyasiya yaradıcı amilləri nisbətən neytrallaşdırmağı düşündüyünü və bunu antiinflyasiya tədbirlərindən hesab edir. Bununla MB xarici investorlara da mesaj verməli oldu ki, lazım gələrsə biz faiz artımından çəkinmədən analoji qərarları verə bilərik. Lakin xarici investorların marağını cəlbetməyə çalışan bu adım, daxildə yerli sahibkarlar üçün də müəyyən çətinliklər doğrur. Belə ki, kredit faiz dərəcələrinin artımı real sektorun işlərini də çətinləşdirir. Ucuzlaşmaqda olan mal və xidmətlərin baza qiymətinin artması üçün əsaslar yaradır.
MB-nın indiki halda verməli olduğu əsas mesajın xarici investorlara hesablandığının doğru tərəfləri də vardır. Çünki, MB başa düşür ki, xarici investorlar "dollar daşıyıcısı” olaraq iqtisadiyyata güc qatıb ölkənin dollar gəlirlərinə tövhə verə bilər. Deməli, indiki halda mənim fikrimcə, Türkiyə iqtisadiyyatında 2 hərəkət kanalı daim nəzarət altında saxlanılmalıdır. Birincisi, idxal hesabına dolları axınını məhdudlaşdırmaq. İkincisi, ixrac hesabına dollarla daxilolma kanallarını genişləndirmək. Bu nisbəti maksimum halda Türkiyə iqtisadiyyatının xeyrinə dəyişməkdir. Amma bunu da söyləməmiz vacibdir ki, əvvəlki sabit valyuta rejimində daimi mənfi saldo ilə ili başa vuran Türkiyə indiki TL-ə böyük təzyiqlərin olduğu şərtlər daxilində bunu etməsi olduqca çətindir. Bunu da doğru dəyərləndirməmiz lazımdır.
Yekun olaraq onu deməliyəm ki, MB-ın bu addımı monetar sferaya müxtəlif impulslar buraxdı. İndi Türkiyə iqtisadiyyatına məsul iqtisadi xətti qurumlar MB-ın yanğınsöndürmə mexanizmini işə salaraq bu estafeti digər qurumlara buraxdı. Türkiyə hökumətinin iqtisadi komandası bir şeyın ardıcıllığını düşünərək fiskal siyasəti də effektiv etmək haqqında düşünməlidir. Məhz bu iki siyasət alətindən sonra MB-ın bu addımını tamamlayacaq addım Orta Müddətli Strategiya hazırlanmalıdır. Konkret olaraq indiki halda əsas iş Orta Müddətli Strategiyanın hazırlanması olmalıdır!
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb