?Kapitalbank? zavod direktorunun mülklərinə sahiblənəcək

img

20-05-2013 [10:44]


Bakı Apellyasiya Məhkəməsində ?Göyçay Konyak Zavodu? ATSC ilə ölkənin ən nüfuzlu banklarından biri olan ?Kapitalbank? ASC arasında davam edən məhkəmə bitib. Bu barədə mia.az-a daxil olan məlumata görə, bir müddət əvvəl ?Göyçay Konyak Zavodu? ATSC-nin ?Kapitalbank? ASC-dən aldığı iri məbləğdə kredit mübahisəsi ilə bağlı Səbail Rayon Məhkəməsinin çıxardığı qətnamədən verilmiş şikayət üzrə yeni qərar çıxarılıb: ?Səbail Rayon Məhkəməsinin qətnaməsindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Gündüz Quliyevin sədrliyi ilə araşdırılıb. Hakim Gündüz Quliyev bir neşə gün əvvəl iş üzrə qərarını elan edib. O, rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, zavodun direktoru Vaqif Məmmədovu və onun yaxınlarının adına olan daşınmaz əmlakların bankın sərəncamına keçməsini hüquqi rəsmilik gətirib?. Xatırladaq ki, tərəflər arasında borcun ödənilməsində ciddi problemlər ortaya çıxıb. Bankın bir neçə dəfə xəbərdarlığına rəğmən, borc və faizin ödənişində irəliləyiş olmayıb. Bu səbəbdən də bank rəhbərliyi ?Göyçay Konyak Zavodu? ATSC ilə yanaşı, kredit borcu üçün daşınmaz əmlaklarını ipoteka etdirən şəxsləri də məhkəməyə cəlb edib. Məhkəməyə cəlb edilən şəxslər isə zavodun direktoru Vaqif Məmmədovun yaxınları və onların adına olan daşınmaz əmlaklardır. ?Göyçay Konyak Zavodu? ATSC və borca görə mülklərini girov qoyan şəxslərin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə şikayət edəcəkləri də gözlənilir. Tərəfləri də dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA