Komitə ilə nazirliyin məhkəməsi: Kərəm Həsənov Fazil Məmmədovun qərarını dayandırmaq istəyir

img

20-05-2013 [10:35]


[/center] Mia.az-ın xəbərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsi Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin bəzi qərarlarının ləğv edilməsi məqsədiylə məhkəməyə də üz tutub: ?Əmlak Məsələləri Dövlət Komitəsi Vergilər Nazirliyinin adıçəkilən departamentinin qərarlarının ləğv edilməsi tələbi ilə əvvəlcə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Lakin bu məhkəmə instansiyasının çıxardığı qətnamə problemi həll etməyib. Əksinə, qərardan yuxarı məhkəmə instansiyasına şikayət verilməsi ilə nəticələnib?. Müsahibimizin sözlərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Vergilər Nazirliyi arasındakı məhkəmə çəkişməsi hazırda Bakı Apellyasiya Məhkəməsində davam edir: ?2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qərarından verilən şikayət artıq Bakı Apellyasiya Məhkəməsinin hakim Səriyyə Seyidovanın sədrliyi ilə araşdırılır. Hakim Səriyyə Seyidova icraatında olan bu iş üzrə may ayının 14-nə iclas saatı təyin etsə də, həmin günü qərarını elan etməyib?. Aldığımız məlumata görə, hakim iş üzrə iclası bir gün sonraya, yəni may ayının 15-nə təyin etsə də, həmin günü də təyin olunmuş proses təxirə salınıb: ?Tərəflər arasındakı çəkişməyə may ayının 29-da baxılacaq?. Qarşı tərəflərin mövqeyini yaymağa hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA