?Bakcell? ?Cin-Telekom?a kələk gəlib; Şirkət məhkəməyə verilib

img

20-05-2013 [10:23]


?Bakcell LTD? daha bir şirkət tərəfindən məhkəməyə verilib. Bu dəfə isə ölkənin aparıcı mobil operatorlarından biri olan şirkət ?Cin-Telekom?a gələk gəlib. Daha dəqiqi, ?Cin-Telekom?un ?Bakcell?ə qarşı qaldırdığı iddia belə düşünməyə əsas verir. Bu barədə mia.az-a daxil olan məlumata görə, ?Cin-Telekom? MMC-nin ?Bakcell?ə qarşı depozitin geri qaytarılmasından bəhs edən iddia ərizəsinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə işə baxılıb. Lakin bu məhkəmə instansiyasının çıxardığı qətnamə mübahisəyə son qoymayıb və birinci məhkəmə instansiyasının qətnaməsindən apellyasiya şikayəti verilib. Məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsindən verilmiş şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə baxılır: ?Apellyasiya şikayəti hakim Səriyyə Seyidovanın sədrliyi ilə icraata qəbul olunub, araşdırılır. Hakim şikayət üzrə aprel ayının 23-nə təyin etdiyi iclas saatını may ayının 14-nə təxirə salıb. Lakin hakim həmin günü də iş üzrə qərarını elan etməyib. Prosesi yenidən təxirə salıb?. Məlumata görə, ?Bakcell LTD? ilə ?Cin-Telekom?un məhkəmə mübahisəsinə iyunun 4-də baxılacaq. Yeri gəlmişkən, fakt üzrə ?Bakcell LTD? MMC-yə 4 sualdan ibarət sorğu göndərsək də, cavab ala bilmədik. Məhkəmə işi ilə bağlı ?Cin-Telekom?un da mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA