Səlim Müslümov məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib

img

15-05-2013 [01:29]


Mayın 15-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Fondun Sabirabad rayon şöbəsinin inzibati binasında Şirvan şəhər, Saatlı, Salyan, Cəbrayıl, Hacıqabul, Neftçala və Sabirabad rayonlarında yaşayan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. Görüşdə 20-dən artıq vətəndaşın müraciətləri dinlənilib, onların problemləri ilə bağlı dərhal müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar əsasən pensiyaların hesablanmasının bəzi hüquqi aspektləri və stajla bağlı məsələlərə görə müraciət ünvanlayıblar. Müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə etdiyindən, bu tipli müraciətlərlə görüşə gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara catdırılacağı bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA