Abutalıbov Bakıya xaricdən 250 ton gül gətirdib

img

07-05-2013 [11:24]


Abutalıbov Bakıya xaricdən 250 ton gül gətirdib. Onların arasında tarixi Şuşa qalasına, Mərdəkan və Qız qalalarına rast gəlmək mümkündür. Sarayın önündə isə Naxçıvandakı İlandağın böyük maketi düzəldilib. İş icraçılarının ?Yeni Müsavat?a verdiyi məlumata görə, xaricdən gətirilən xüsusi güllərdən mərhum prezident Heydər Əliyevin portreti düzəldiləcək. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) nümayəndələrinin sözlərinə görə isə bayram tədbiri keçən ilkindən xeyli fərqlənəcək. Onların sözlərinə görə, Gül bayramı ilə bağlı Bakıya keçən ilkindən iki dəfə çox gül gətirilib. Mayın 6-da Bakıya gətirilən güllər soyuducu ilə təchiz olunmuş xüsusi yük maşınlarında saxlanılır. Maketlər düzəldikdən sonra bayrama bir gün qalmış güllər yerlərinə düzüləcək. Ərazidə olarkən öyrəndik ki, bir neçə ölkədən gətirilən güllər Azərbaycan hökumətinin sifarişi ilə yetişdirilib. Nadir güllərin yetişdirilməsinə bir ildən çox vaxt sərf olunub. Sifarişi yerinə yetirən ?ECK flo? şirkəti aprel ayının sonunda gülləri xüsusi saxlama kameralarına vuraraq Azərbaycana göndərib. Xatırladaq ki, 2004-cü ildən başlayaraq hər il mayın 10-da, keçmiş prezident Heydər Əliyevin doğum günündə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda gül bayramı təşkil edir. Budəfəki gül bayramı Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə təsadüf edir. Hər il dekorasiyaların hazırlanması zamanı 50-dən çox ölkədən gətirilmiş 1 milyondan çox güldən istifadə olunur. Həmin dekorasiyaların hazırlanmasında yerli şirkətlərlə yanaşı xarici ölkələrdən dəvət edilmiş dizayn şirkətlərinin nümayəndələri də iştirak edirlər. BŞİH-in başçısı Hacıbala Abutalıbov ?Azadlıq? radiosuna müsahibəsində bu il H.Əliyevin doğum günü üçün keçən ilkindən iki dəfədən çox gül gətiriləcəyini deyib. Amma Abutalıbov və BŞİH Gül bayramına nə qədər vəsait xərcləndiyini və həmin pulların mənbəyini açıqlamırlar. Müstəqil iqtisadçılar bu tədbirin əslində bir israfçılıq və korrupsiya mənbəyi olduğunu iddia edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA