Komitə sədrindən bələdiyyələrə ağır ittiham: ?Bizim bələdiyyələr torpaqları birdəfəlik satırlar?

img

06-05-2013 [01:56]


?Azərbaycanda bələdiyyələr onlara verilən torpaqları birdəfəlik satmaqla məşğuldurlar?. ?APA-Economics?in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Azərbaycanda bələdiyyələrə yeni torpaq sahələrinin verilməsi barədə təklifə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda bələdiyyələrə ayrılmış 23,5% torpağın bir qismi vətəndaşlara icarəyə verilib, digər qismi isə satılıb. Yeni torpaqların verilməsinin nəzərdə tutulmadığını deyən Q.Məmmədov bələdiyyələri əldə olan torpaqları satmaqda ittiham edib: ?Yenidən bu torpaqları haradan verməliyik? Buna ehtiyac da yoxdur. Türkiyədə bələdiyyə təsərrüfatları yaradılır. Bizim bələdiyyələr isə torpaq olan kimi onu satırlar, təsərrüfat yaratmaq və artıq gəlir əldə etməyi düşünmürlər. Azərbaycanda torpaqlar məhduddur. Hər adama 0,18 hektar torpaq düşür. İşğal olunmuş ərazilərimizi nəzərə alsaq, hələ bundan da azdır. Bələdiyyə seçkilərində haqlı olaraq bələdiyyələrin sayı 1718-ə qədər azaldı. Normal bələdiyyələr özləri üçün təsərrüfat yaradaraq, gəlir əldə edir. Bunlar isə torpağı birdəfəlik satır. Əldən çıxdıqdan sonra yenidən torpağı haradan vermək olar? Ona görə də ən yaxşısı əldə olan torpaqlar hesabına bələdiyyə təsərrüfatları yaratmaq və bundan bəhrələnmək lazımdır?(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA