Tağı Əhmədov: "Bakıda daha 8 stansiya istifadəyə veriləcək"

img

02-05-2013 [01:25]


Gələn il Bakı Metropolitenin yeni, "Bənövşəyi" xəttinin 2 stansiyası, 2016-cı ilə qədər olan müddətdə isə bu xəttin daha 3, mövcud "Yaşıl" xəttin isə ən azı 3 stansiyası istifadəyə veriləcək. APA-nın verdiyi xəbərə görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov elektromexanika xidmətinin kollektivi ilə görüşündə bəyan edib. T.Əhmədovun sözlərinə görə, hazırda inşa olunan "Həzi Aslanov-2" - "Yeni Günəşli" sahəsini tam olaraq "Yaşıl" xəttin qatar hərəkəti dövriyyəsinə qoşmaq üçün tezliklə "Xətai" stansiyasından başlamaqla daha bir istiqamətdə tikintinin başlanması reallıqdır. Bundan əlavə, daha iki deponun inşasına başlanılıb və bu işlərin yekununda metropolitendə daha bir xidmət - sərnişin qatarları xidməti təşkil olunmalıdır. Qeyd edək ki, mövcud olan "Yaşıl" xətt "Xətai" və "Dərnəgül", "Qırmızı" xətt "İçərişəhər" və "Həzi Aslanov" stansiyalarını birləşdirir. Tikilən "Bənövşəyi" xəttin isə Bakı Beynəlxalq Avtovağzalından Qaraçuxur qəsəbəsinə qədər çəkilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA