Nəqliyyat Nazirliyindən bakılılara ağr zərbə: "ictimai nəqliyyatda gediz haqqı artırıla bilər"

img

02-05-2013 [12:23]


Nəqiliyyat Naziriliyi ictimai nəqliyyatda gediş haqqı tariflərinin artırılması ilə bağlı ölkə hökümətinə müraciət edib. Mia.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında nəqiliyyat nazirinin müavini Musa Pənahov bildirib: "Sərnişindaşıma ilə məşğul olan şirkətlər bizə müracitə edərək bildiriblər ki, hazırkı tariflər onların xərclərini ödəmir. Buna görə də xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə tarifləri yüksəltmək lazımdır". Nazir müavini deyib ki, müraciət artıq ölkə hökumətinə göndərilib: "Bu asan proses deyil və məsələyə Tarif Şurası tərəfindən baxılır. Razılıq əldə olunan kimi bu məsələyə baxılacaq. Bu gün şəhərdaxili marşrutlar üzrə hərəkət edən avtobuslarında gediş haqqı 0,2 manat təşkil edir, yeni tariflər isə hətta 0,3 manat səviyyədə olmayacaq, aşağı olacaq". Musa Pənahov konkret təkliflərin olduğunu bildirsə də, onları səsləndirməkdən imtina edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA