Horadizdə ?Sahibkarlığın inkizaf etdirilməsi iqtisadiyyatın güclənməsinə etibarlı təminatdır? mövzusunda tədbir keçirilib

img

25-04-2013 [12:57]


#351;əhərində Heydər Əliyev Mərkəzinin iclas zalında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ?Sahibkarlığın inkişaf etdirilməsi iqtisadiyyatın güclənməsinə etibarlı təminatdır? mövzusunda tədbir keçirilib. Tədbirdə sahibkarlar, iş adamları, bir sıra idarə-müəssisə rəhbərləri, hüquq-mühafizə orqanalarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyev ?Sahibkarlığın inkişaf etdirilməsi iqtisadiyyatın güclənməsinə etibarlı təminatdır? mövzusunda məruzə ilə çıxış etmişdir. Alı Alıyev bildirmişdir ki, respublikada olduğu kimi, rayonumuzda da son illər azad sahibkarlıq mühitinin formalaşdırılması, fərdi sahibkarlıq təsərüfatlarının, iş adamlarının meydana gəlməsi sürətlənmişdir. Prezident cənab İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı imzaladığı Fərman və Sərəncamlar, rayonumuzda bu sahənin inkişaf etdirilməsi məqsədilə yaradılmış münbit şərait, sərbəst fəaliyyətə imkan verilməsi sahibkarlığın formalaşmasına güclü imkan yaratmışdır. Alı Alıyev qeyd edib ki, son bir neçə ildə rayonda 400-dən artıq fermer təsərrüfatı, minə yaxın iri və xırda kommersiya strukturları yaradılmış, xeyli sayda MMC-lər fəaliyyətə başlamışdır. ?Ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələr, o cümlədən özəl bölmənin, azad sahibkarlığın daha sürətli inkişafı ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələr Füzuli rayonunda da böyük diqqət, səy və ardıcıllıqla həyata keçirilir.?-deyə Alı Alıyev vurğulayıb. Rayon İcra Hakimiyyəti Başçısının sözlərinə görə bütün bunlar sahibkarlığın işgüzar fəallığının artmasına, minlərlə yeni iş yerlərinin açılmasına, sahibkarlığın inkişafına şərait yaratmışdır. Tədbirdə çıxış edən iş adamları Füzuli rayonunda sahibkarların, iş adamlarının azad və sərbəst fəaliyyəti üçün heç bir maneə olmadığını qeyd ediblər. Tədbirdə Füzuli rayon sahibkarları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA